20 Yanvar dairəsində yenilik Dayanan cərimə olunacaq
Digərləri 03 Kas 2025 10:14:00 94 0
Nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi 20 Yanvar dairəsinin Yasamal rayonuna düşən hissəsində yenilik tətbiq olunub.
Bu haberi de oku: ChatGPT artıq bu sualların cavabını verə bilməyəcək
Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, Moskva prospektinin Müzəffər Həsənov və Zərdabi küçələri ilə kəsişdiyi yerdə sarı tor çəkilib.
Bildirilib ki, bu ərazidə tez-tez tıxac müşahidə edilir və avtobuslar öz zolaqlarından sonra kəsişmənin qarşı tərəfinə keçərkən xeyli vaxt itirir. Yeniliyin tətbiqi ilə avtomobillərin həmin torun olduğu yerdə dayanması qadağan edilib.
Yeniliyə əsasən, qarşıda tıxac olarsa, avtomobillər torlu hissəni boş saxlamalı və avtobusların, eləcə də sağdan gələn digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamalıdır.
