Onlara vəzifə verildi
Digərləri 29 Eki 2025 12:52:00 112 0
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Bu haberi de oku: İstanbulda binanın zirzəmisində partlayış: Yaralılar var
Son.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Pərviz Müseyibli bakalavr təhsilini Bakı Dövlət Universitetində (BDU) "Mexanika" ixtisası üzrə, magistratura təhsilini isə "Maye, qaz və plazma mexanikası" ixtisası üzrə alıb. O, 2022-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda doktorantura təhsilini tamamlayaraq "Mexanika" üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. Əmək fəaliyyətinə 2015-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda başlayıb və hazırda həmin İnstitutda böyük elmi işçi vəzifəsində çalışır, eyni zamanda BDU-da pedaqoji fəaliyyətini davam etdirir. P. Müseyibli AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin, eləcə də "Gənc tədqiqatçı" jurnalının redaksiya heyətinin üzvü və bir sıra elmi nəşrlərin müəllifidir.
