"Gündəlik çörək miqdarı insanın yaşı və həyat tərzinə uyğun olmalıdır" AÇIQLAMA


Digərləri 16 Eki 2025 00:18:00 447 0

"Gündəlik çörək miqdarı insanın yaşı və həyat tərzinə uyğun olmalıdır"  AÇIQLAMA

Qida mütəxəssisləri bildirirlər ki, çörəyin rasiondan tamamilə çıxarılması sağlamlıq üçün vacib deyil. Əsas məsələ onun düzgün miqdarda və keyfiyyətli formada istehlak edilməsidir.

Bu barədə qida təhlükəsizliyi üzrə ekspert İsa Əliyev açıqlama verib. Onun sözlərinə görə, bəzi insanlar arıqlamaq və ya sağlam qidalanmaq məqsədilə çörəyi tamamilə kənarlaşdırmağa çalışırlar ki, bu da düzgün yanaşma deyil:

"Çörək karbohidrat mənbəyidir və düzgün seçildikdə orqanizm üçün faydalıdır. Məsələn, tam buğda, çovdar və ya digər liflə zəngin çörəklər həzm sisteminə müsbət təsir edir. Problem ağ undan hazırlanan və qida dəyəri aşağı olan çörəyin həddindən artıq istehlakıdır."

Ekspert əlavə edib ki, gün ərzində çörəyin miqdarı insanın yaşına, fiziki aktivliyinə və ümumi qidalanma tərzinə uyğun tənzimlənməlidir: