Kardioloq: Sağlam yağlardan imtina etmək düzgün deyil
Digərləri 08 Eyl 2025 02:02:00 100 0
Kardioloq Devid Sabgir sağlam qidalanmada yağların tamamilə çıxarılmasının düzgün olmadığını bildirib. Onun sözlərinə görə, xüsusilə doymamış yağlar ürək-damar sağlamlığında mühüm rol oynayır.
Bu haberi de oku: 60% kişi tualetdən sonra əllərini yumur – ALİMLƏRDƏN ŞOK
Son.az-ın məlumatına görə, "EatingWell" portalına danışan mütəxəssis izah edib ki, mono doymamış yağlar "pis" xolesterinin səviyyəsini azaldaraq, "yaxşı" xolesterini artıra, həmçinin trigliseridlər və qan təzyiqi üzərində müsbət təsir göstərə bilər.
Sağlam yağların gündəlik rasionda yer alması ürəyi qoruyur, insult riskini azaldır və uzunmüddətli toxluq hissi yaradır.
Sabgir həmçinin vurğulayıb ki, bu yağlar orqanizmin A, D, E və K kimi yağda həll olunan vitaminləri mənimsəməsi üçün vacibdir. Bu vitaminlərin çatışmazlığı yorğunluq, dəri quruluğu və immun sisteminin zəifləməsi ilə nəticələnə bilər.
Sağlam yağların əsas mənbələri hansılardır?
Kardioloq aşağıdakı qidaları sağlam yağlarla zəngin mənbələr kimi sadalayır:
Qoz və fındıq kimi çərəzlər
Zeytun yağı