İlham Əliyev və Zelenski Rusiyanın SOCARın Ukraynadakı neft bazasına zərbələr endirilməsini pisləyib
Siyasət 10 Ağu 2025 17:20:00 96 0
Xəbər verdiyimiz kimi, avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu haberi de oku: Yunanıstan XİN Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişi yüksək qiymətləndirir
Trend xəbər verir ki, telefon danışığı zamanı tərəflər, xüsusilə, Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.