Türkiyəli müğənni vəfat etdi
Şou-biznes 09 Ağu 2025 02:05:00 317 0
Tanınmış müğənni Saadet Sun 81 yaşında vəfat edib.
Bu haberi de oku: "Yuxuda İlhamə tacını başıma qoyub dedi ki..."
Son.az xəbər verir ki, sənətçinin ölüm xəbərini həmkarı Işıl Yücesoy sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında "Necə yaxşı sənətçini, necə yaxşı insanı itirdik. Başımız sağ olsun" sözlərini yazıb.
1944-cü ildə anadan olan Saadet Sun 1960-cı illərdə teatr səhnəsində çıxış edib, 1970-ci illərdə isə "Sevgilim", "Bilemiyorum" və "Mükafat" kimi mahnılarla tanınıb. Onun ifaları həmin dövrdə geniş dinləyici kütləsi qazanıb.
Kaynak: milli.az
