Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzaya düşdü xəsarət alanlar var


Digərləri 07 Ağu 2025 09:57:00 106 0

Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzaya düşdü  xəsarət alanlar var

Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri yol qəzasına düşüb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun İlisu kəndindən Qax şəhəri istiqamətində hərəkətdə olan sərnişin daşıyan mikroavtobus idarəetmədən çıxaraq yolun kənarındakı işiq dirəyinə çırpılıb.

Qəza zamanı mikroavtobusda olan rayonun Qum kənd sakinləri 65 yaşlı Xanpəri Osman qızı Nurməmmədova, 64 yaşlı Məryət Omar qızı İsaqova, 64 yaşlı Qalya Şakir qızı Sultanova və daha hələki şəxsiyyətləri məlum olmayan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.