Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq


Digərləri 04 Ağu 2025 12:41:00 56 0

Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"na magistratura səviyyəsi üzrə qəbul nəticələri müəyyən olunub.

Bu haberi de oku: Xaçmazda meşə yanır

Son.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqənin nəticələrinə əsasən 356 namizəd magistratura səviyyəsi üzrə proqram iştirakçısı adını qazanıb.

Beləliklə, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər isə doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.