Hərbi pilotlarımız təlimməşq uçuşları keçiriblər
Digərləri 25 Tem 2025 17:46:00 78 0
2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.
Bu haberi de oku: Yayda ən çox yeyilən salat zəhərə çevrilə bilər DİQQƏT
Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, uçuşlardan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları çatdırılıb. Daha sonra helikopterlərə nəzarət baxışı keçirilib.
Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.
Kaynak: milli.az