Evdə pişik saxlayanların nəzərinə İflic riski var
Digərləri 25 Tem 2025 10:50:00 92 0
ABŞ-nin Miçiqan Universitetinin tanınmış nevroloqu Dr. Baibing Çen pişik cırmaqlaması ilə bağlı az bilinən, lakin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək təhlükələr barədə xəbərdarlıq edib.
Bu haberi de oku: "Tarqovı"da transformator partladı İşıqlar kəsildi
Son.az dailymail-ə istinadla bildirir ki, o, pişiklərin daşıya biləcəyi bakteriyaların insanlarda nadir hallarda ağır xəstəliklər yarada biləcəyini diqqətə çatdırıb.
Dr. Çen bildirib ki, pişiklərin cırmaqları, dişləməsi və hətta açıq yara üzərinə yalaması insanlarda "pişik cırmağı xəstəliyi" adlanan bakterial infeksiyaya yoluxa bilər. Bu xəstəlik adətən uşaqlarda və yeniyetmələrdə daha çox müşahidə olunur.
Nevroloq xatırladıb ki, bir yeniyetmə qızda qəfil baş verən qarışıqlıq, şiddətli baş ağrısı, görmə zəifliyi və yeriməkdə çətinlik yaranmışdı. Ailəsi onun daimi yorğunluq və koordinasiya pozuntusundan şikayət edirdi. Həkimlər ilkin olaraq insult, menenjit və autoimmun xəstəliklər kimi ümumi səbəbləri istisna etsələr də, qızın qolundakı cırmaqlar diqqətlərini çəkdi. Ailə son vaxtlar balaca pişik sahibləndiyini bildirib və nəticədə diaqnoz pişik cırmağı ilə əlaqəli idi.
Mütəxəssislər bildirir ki, bu infeksiya adətən limfa düyünlərinin şişməsi, qızdırma, yorğunluq kimi yüngül simptomlarla keçir, lakin nadir hallarda sinir sistemi, gözlər, qaraciyər, dalaq, beyin, sümüklər və ürək kimi həyati orqanlara təsir göstərə bilər.