Bakı rus aparıcılardan imtina etdi Proqramdan çıxardılar
Şou-biznes 16 Tem 2025 14:00:00 79 0
Bakıda keçirilən beynəlxalq "Dream Fest 2025" musiqi festivalında təşkilatçılar rusiyalı aparıcılardan imtina edərək onları yerli məşhurlarla əvəzləyiblər.
Bu haberi de oku: Xoşqədəmin əri tanınmaz dərəcədə DƏYİŞDİ
Son.az xəbər verir ki, bu barədə məlumat "Shot" Telegram kanalında yayımlanıb.
İlkin olaraq tədbirin aparıcıları kimi rus əsilli serb aktyor Miloş Bikoviç və tanınmış televiziya aparıcısı Regina Todorenko elan edilmişdi. Lakin məlumata görə, bu qərar rusiyalı tamaşaçılar arasında narazılıq doğurub və festival biletlərinin kütləvi şəkildə qaytarılmasına səbəb olub.
Kaynak: milli.az