Fransa "X" sosial şəbəkəsinə qarşı istintaqa başladı
Digərləri 12 Tem 2025 12:14:00 80 0
Fransa prokurorları milyarder İlon Maska məxsus "X" sosial media platformasına qarşı rəsmi istintaqa başlayıb.
Bu haberi de oku: Azərbaycanda hiss olunan zəlzələ oldu
Son.az xəbər verir ki, fransalı hakimlər istintaqın məqsədinin X-in alqoritmlər vasitəsilə istifadəçi məlumatlarını qanunsuz şəkildə toplaması və bu yolla ölkədə demokratik müzakirələri pozub-pozmamasını müəyyənləşdirmək olduğunu açıqlayıb.
İstintaq yanvar ayında platformanın Fransada böyük miqdarda nifrət dolu, irqçi, anti-LGBT+ və homofob məzmun yaymaqla günahlandırıldığı şikayətdən sonra başlanıb.
Məsələ Avropa Birliyi ilə İlon Mask arasında gərginliyi daha da artırıb. Avropa liderləri bu həftə X platformasında chatbot Grok-un antisemit paylaşımlarından sonra daha sərt tədbirlərin görülməsini tələb ediblər.
İstintaq davam edir.
Fidan Son.az