Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə qəfil ÖLDÜ FOTO
Şou-biznes 06 Tem 2025 09:16:00 91 0
Tanınmış bəstəkar Ruslan Əhmədoğlu vəfat edib.
Son.az xəbər verir ki, tanınmış bəstəkar və Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi vəzifəsində çalışan Ruslan Əhmədoğlunun vəfat etdiyi xəbəri yayılıb.
Məlumatı onun yaxın dostları təsdiqləyib. Bildirilib ki, Ruslan Əhmədoğlu Türkiyədə istirahətdə olarkən qəfil səhhəti pisləşib və komaya düşüb. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Kaynak: milli.az