Amerikalı alimlər dəniz altında işləyən mikroskop hazırlayıb


Dünya 05 Tem 2025 05:05:00 78 0

Amerikalı alimlər dəniz altında işləyən mikroskop hazırlayıb

Amerikalı tədqiqatçılar "BUMP" adlı xüsusi mikroskop istehsal ediblər ki, bu cihaz dəniz dibində dalğıclar tərəfindən istifadə olunur və mərcanlardakı həyatın təbii mühitdə dəqiq izlənməsini təmin edir.

Bu haberi de oku: Trampdan Ukrayna ilə bağlı

Son.az xəbər verir ki, alimlər bu texnologiya ilə mərcanların ağarmasının və məhv olmasının səbəblərini araşdırır. Mərcanların daxilində yaşayan mikroyosunlar fotosintez yolu ilə onları qidalandırır. Su istiləşdikdə və ya mühit dəyişdikdə bu yosunlar mərcanlardan ayrılır və nəticədə mərcanlar ağarır, zəifləyir.

Yeni mikroskop sayəsində yosunların fəaliyyətini canlı olaraq izləmək mümkün olub, bu da gələcəkdə mərcanların qorunmasına yardım edəcək.

Asya Son.az