"Kill Bill"in aktyoru vəfat etdi


Şou-biznes 03 Tem 2025 22:40:00 99 0

"Kill Bill"in aktyoru vəfat etdi

"Kill Bill" və "Reservoir Dogs" filmlərinin ulduzu Maykl Madsen 67 yaşında Maliubu şəhərindəki evində dünyasını dəyişib. Bu barədə aktyorun meneceri Ron Smit məlumat verib.

Məlumata görə, aktyorun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.

Maykl Madsen rejissor Kventin Tarantinonun filmlərindəki yaddaqalan rolları ilə məşhurlaşmışdı. 

Ailəsi və nümayəndələrinin verdiyi bəyanatda qeyd olunur:

"Son iki ildə Maykl Madsen bir sıra müstəqil filmlərdə uğurlu işlərə imza atmışdı, o cümlədən yaxın zamanda nümayiş olunacaq Resurrection Road, Concessions və Cookbook for Southern Housewives filmlərində rol almışdı. O, həyatında yeni bir fəsilə başlamağa çox ümidli idi."

Madsen, həmçinin "Tears For My Father: Outlaw Thoughts and Poems" adlı şeir və düşüncələrdən ibarət yeni kitabını nəşr etdirməyə hazırlaşırdı.  

Lalə Qüdrətova Son.az