Venesiyada “ilin toyu” Məşhurlar axın etdi FOTO
Şou-biznes 28 Haz 2025 12:18:00 96 0
"Amazon"un qurucusu, ABŞ milyarderi Jeff Bezos və jurnalist Lauren Sanchez İtaliyanın Venesiya şəhərində baş tutan möhtəşəm mərasimlə evləniblər.
Bu haberi de oku: "Oğluma müğənni qız alaram"
Son.az xarici mediaya istinadla xəbər verir ki, 61 yaşlı Bezos və 55 yaşlı Sanchezin "ilin toyu" adlandırılan mərasimi Venesiyanın San Giorgio adasında, ciddi təhlükəsizlik tədbirləri altında keçirilib. Toyda İvanka Tramp, Kim Kardaşyan, Leonardo Di Kaprio, Orlando Blum, Oprah Uinfri, Bill Qeyts və Robert Pattinson kimi dünya şöhrətli şəxslər iştirak ediblər.
Toyuna görə bütün şəhəri bağladı - Xalq ayağa qalxdıToy mətbuata qapalı olsa da, Lauren Sanchez sosial şəbəkədə soyadını "Bezos" olaraq paylaşaraq evləndiklərini təsdiqləyib.
İtaliya mətbuatının yazdığına görə, mərasimə qatılmaq üçün Marko Polo hava limanına 90-a yaxın şəxsi biznes təyyarəsi enib. Cütlük qonaqlardan hədiyyə əvəzinə xeyriyyə məqsədilə Venesiyada ianə etmələrini xahiş edib.
Toyun yeməklərində isə Şimali İtaliyada keçirilməsinə baxmayaraq, Cənubi İtaliya mətbəxi üstünlük təşkil edib.