Alim Qasımov onu tənqid edənlərə cavab verdi


Şou-biznes 26 Haz 2025 22:00:00 67 0

Alim Qasımov onu tənqid edənlərə cavab verdi

Xalq artisti Alim Qasımov toyda rep dediyi üçün onu tənqid edənlərə cavab verib.

Son.az xəbər verir ki, "Baku TV"yə danışan xanəndənin sözlərinə görə, həmin video dost məclisində çəkilib. 

"Dostumun toyu idi, dəvət etdilər. Mən də çıxdım ora zümzümə elədim. Mən bilməzdim ki.. Bu boyda muğamlar oxumuşam, heç onları demirlər. İki kəlmə ağlıma gələn sözü demişəm, onu yaydılar ki, o olmaz, bu olar. Mən rep deyənəm?! Qarğış edirlər, söyüş söyürlər. Mən heç vaxt peşman olmuram. Çünki o təb gələndə, camaatın xoşu gəlməsə də, deyirəm. Mən fikirləşmirəm ki, bu, kiminsə xoşuna gələcək və ya gəlməyəcək.

Təb gəldisə, gedir. Gələcəkdə inşallah, rep və muğamın birlikdə layihəsini də edəcəyik. Hətta bundan sonra elə edəcəyik ki, görsünlər rep də demək olar, meyxana da, muğam da, mahnı da oxumaq olar, amma eşqlə, ilhamla, səmimi... Tənqid edənlərin Allah canını sağ eləsin ki, məni işıqlandırdılar", - deyə Alim Qasımov bildirib.