Nazim bu həkimdən 50 min


Şou-biznes 26 Haz 2025 11:42:00 86 0

Nazim bu həkimdən 50 min

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə "Elmed" klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzminat alıb.

Bu haberi de oku: Vüsaldan ilk açıqlama!

Son.az xəbər verir ki, bu barədə "OLAY"a sənətçi özü danışıb.

N.Pişyarinin sözlərinə görə, bu məsələdən sonra o, həkimin imicinə zərbə vurub: 

"Elmed" klinikasının cərrahı Elman Əzimovla məhkəmə davamız uzun çəkdi. Amma qərar sonda mənim xeyrimə bitdi. Həkimdən 50 min manat təzminat aldım. Həmin vaxt xəstəxanada xərclədiyim bütün vəsaiti geri ala bildim. Həmin pulu yavaş-yavaş xərclədim. Hadisə 2017-ci ildə olub, indi 2025-ci ildir. O vaxtdan pul qalar?

İkincisi də həkimə böyük zərbə vurdum. Məsələ ictimailəşən kimi onun həkimlik statusuna zərbə dəydi. Məhkəmə prosesi gedəndə onu hər yerdə sıxırdılar. Ölkədən çıxa bilmədi, işləyə bilmirdi. Məhkəmə gedən vaxt onu işdən kənarlaşdırmışdılar. Hardasa 4-6 ay işləmədi. Bu da bilirsiniz də nə deməkdir?"