Sevilən cütlük boşanır? Qala gecəsinə gəlmədi...


Şou-biznes 25 Haz 2025 04:04:00 56 0

Sevilən cütlük boşanır?  Qala gecəsinə gəlmədi...

Türkiyənin məşhur cütlüyü Gupse Özay və Barış Arduç haqqında ayrılıq iddiaları yenidən medianın gündəminə düşüb.

Son.az xəbər verir ki, sosial mediada yayılan məlumatlara görə, cütlüyün münasibətində son vaxtlar gərginlik yaşanır və bu da boşanma ehtimallarını artırıb.

İddialara əsasən, son günlərdə Atalar Günü münasibətilə nə Gupse Özay, nə də Barış Arduç qarşı tərəflə bağlı hər hansı paylaşım etməyib. Halbuki əvvəlki illərdə Gupse Özay həyat yoldaşı ilə bağlı səmimi paylaşımlar edərdi. Bu ilki səssizlik isə diqqətdən yayınmayıb.

Bununla yanaşı, serialın qala gecəsində cütlüyün bir-birindən uzaq davranması və Gupse Özayın tədbirə qatılmaması ayrılıq dedi-qodularını gücləndirib.