Maykl Ceksonun ölümünün əsl səbəbini AÇIQLADI


Şou-biznes 19 Haz 2025 18:00:00 90 0

Maykl Ceksonun ölümünün əsl səbəbini AÇIQLADI

Maykl Ceksonun keçmiş vəkili pop kralının ölümünün əsl səbəbini bildiyini açıqlayıb. Brayan Oksman iddia edib ki, ifaçını cinsi zorakılıq işi üzrə aparılan məhkəmə istintaqı "öldürüb".

Son.az-ın məlumatına görə, hüquq müdafiəçisi bu barədə "Radar Online"a verdiyi açıqlamada danışıb.

Sənədlərə əsasən, Ceksonun ölümünə güclü yuxu dərmanının həddindən artıq qəbulu nəticəsində baş verən ürək dayanması səbəb olub.

Pop kralı ölümündən dörd il əvvəl "Neverland" rançosunda 13 yaşlı Qevin Arvizoya qarşı cinsi zorakılıqda ittiham edilmişdi. Məhkəmə tərəfindən təqsirsiz elan edilsə də, bu qalmaqal onun həyatında dərin izlər buraxıb.

"Maykl gecələr dəfələrlə zəng edirdi. Soruşurdu: "Niyə? Mən onlara qarşı çox yaxşı davranırdım, onlar isə bu yalanı uydururlar". O, ölənə qədər bu suala cavab tapa bilmədi", - deyə Oksman bildirib.