Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir CANLI


Siyasət 19 Haz 2025 16:20:00 78 0

Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir  CANLI

Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir.

Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Sonra "Azərbaycan" məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edir.

Xəbər yenilənir