Bakıda daha bir uşaq eyni səbəblə ÖLDÜ
Digərləri 16 Haz 2025 12:17:00 85 0
Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib.
Bu haberi de oku: Bakının bu ərazilərində qaz olmayacaq
Son.az xəbər verir ki, hadisə iyunun 14-ü gecə saat 01 radələrində Təbriz küçəsi 55 ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb.
Həmin binanın 8-ci mərtəbəsindəki mənzildə yaşayan 2021-ci il təvəllüdlü Ayşə Samir qızı Süleymanova evin eyvanından yerə yıxılıb. Azyaşlı hadisə yerində vəfat edib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonunda 8 yaşlı oğlan uşağı da 8-ci mərtəbədən yıxılaraq həyatını itirmişdi.
Kaynak: milli.az