Məşhur müğənni İranda çətin vəziyyətdə qaldı : "Telefonlarımız işləmir" FOTO
Şou-biznes 16 Haz 2025 10:55:00 90 0
"Katmer Katmer" və "Allah Versin" kimi mahnılarla tanınan sənətçi 2023-cü ildə iranlı voleybolçu Mehdi Kərimi ilə ailə həyatı qurmuşdu. Bir neçə gün əvvəl əri ilə birgə İrana səfər edən Lara orada baş verən gərginlik səbəbilə bölgədən ayrıla bilmədiyini bildirib.
Bu haberi de oku: "Oğlumun yanında dəfn etdim"
Son.az xəbər verir ki, müğənni Instagram hekayəsində bu sözləri paylaşıb:
"Mən İrandayam, burada vəziyyət çox kritikdir. Sosial şəbəkələrə girməkdə çətinlik çəkdim. Telefonlarımız işləmir, internetə girə bilmirik. Xahiş edirəm bizim üçün dua edin" .
Laranın paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub. Qısa müddət ərzində yüzlərlə bəyənmə və şərh alan sənətçiyə istifadəçilərdən həm dəstək mesajları, həm də dualar gəlib.
Kaynak: milli.az