Məşhur müğənni konsertində mühafizəçini "ALÇALTDI" VİDEO
Şou-biznes 14 Haz 2025 09:16:00 80 0
"Sent Vinsent" kimi tanınan müğənni və bəstəkar Enn Erin Klark konsert məkanlarının birində səhnə alıb.
Bu haberi de oku: "Aya 30 min qazanıramsa, həyatımdakı kişi 60 min manat xərcləməlidir"
Son.az xəbər verir ki, onun konsertindən yayılan görüntü geniş müzakirələrə səbəb olub.
Belə ki, ifaçının səhnədə mühafizəçi ilə şousu onu dillərə salıb. Vinsentin yüzlərlə tamaşaçının gözləri qarşısında dizlərini kişinin çiyninə aşıraraq, başına sığallaması birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçiləri çıxılmaz vəziyyətdə qalan mühafizəçiyə dəstək olaraq, 43 yaşlı müğənnini hərəkətinə görə tənqid ediblər. Bəziləri isə cangüdənin halından məmnun olduğunu idda ediblər.
Qeyd edək ki, Sent Vinsent bir çox nəşrlər tərəfindən 21-ci əsrin ən yaxşı gitaraçıları sırasına da daxil edilib.