Təyyarədən yeganə sağ çıxan sərnişin bu sırada oturubmuş etdiyi hərəkət onu xilas edib
Dünya 12 Haz 2025 19:36:00 116 0
Havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayan Air India təyyarəsində yalnız bir sərnişin sağ qaldı
Bu haberi de oku: Yeni COVID19 ştammı sürətlə yayılır
Son.az xarici mətbuata istinadən xəbər verir ki, Ramesh Vishwaskumar Bucharvada təyyarədə fövqəladə çıxış qapısının arxasında oturub və qəza zamanı tullanaraq xilas olub
Uçuş havaya qalxdıqdan bir neçə dəqiqə sonra Ahmedabaddakı B. J. Tibb Kolleci yaxınlığında qəzaya uğrayıb.204 nəfər həyatını itirib. Hadisə nəticəsində 200-dən çox insan həyatını itirib.
38 yaşlı Ramesh Vishwaskumar Bucharvada, bugün qəzaya uğrayan Air India-nın AI171 nömrəli reysindəki 242 sərnişindən biri idi. O, möcüzəvi şəkildə sağ qalıb.
Böyük Britaniya vətəndaşı olan Ramesh, təyyarədə 11A nömrəli oturacaqda - fövqəladə çıxış qapısının birbaşa arxasında oturub.
Qəza anından dərhal sonra çəkilmiş videoda yaralı vəziyyətdə olan Ramesh ambulansa doğru yeriyərkən görünür. Ətrafdakı insanlar ondan digər sərnişinlərin taleyi ilə bağlı soruşurlar. Ramesh isə Gujarati dilində "Təyyarə partladı" deyə cavab verir və əlavə edir: "Onlar orada, təyyarənin içərisində qalıblar."