Beren Saat hamilədir?
Şou-biznes 10 Mar 2025 11:06:00 187 0
Türkiyənin məşhur cütlüyü Beren Saat və Kənan Doğulu haqqında yeni iddialar yayılıb.
Bu haberi de oku: “Ürəyimə damıb ki, öləcəyəm"
Son.az türk mediasına istinadla xəbər verir ki, 11 ildir evli olan cütlüyün körpə gözlədiyi bildirilir. Məlumata görə, Beren Saat 4 aylıq hamilədir.
Söz-söhbətlərin yayılmasına səbəb olan hadisə Beren Saatın həyat yoldaşı, müğənni Kənan Doğulunun konsertinə gəlişi olub. Konsert zamanı cangüdənlərin aktrisanın ətrafında sədd çəkməsi və onun şəkillərinin çəkilməsinə mane olması diqqət çəkib.
Beren Saatın səhnə arxasındaki görüntüləri isə hamiləlik iddialarını daha da gücləndirib.
Cütlükdən hələ ki, rəsmi açıqlama yoxdur.
Fidan Son.az