"O şəkilləri cırdım və mikrofonu da çıxartdım"


Şou-biznes 24 May 2025 20:43:00 62 0

"O şəkilləri cırdım və mikrofonu da çıxartdım"

Aparıcı Mətanət Əliverdiyeva illər əvvəl kanalların birində yaşadığı hadisədən danışıb.

Son.az xəbər verir ki, o, proqramına dəvət olunan xanımın qızı ilə bağlı məlumatı paylaşmaqdan imtina etdiyini bildirib. Bu barədə Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində danışıb:

"Kanalların birində prodakşında çalışanda mənə bir xanımın qızı haqda şəkillər gətirdilər. Şəkillərə baxdım və həmin qadın da qonağım idi. O şəkilləri cırdım və mikrofonu da çıxartdım. Getdim dedim ki, o alçaqlığı reytinq xətrinə heç vaxt etmərəm. Çünki mən də anayam. Qızım olmasa da, oğullarım var. Belə şeyi heç vaxt etmərəm". (Axşam.az)