Leyla Əliyevanın təşəbbüsü ilə “Gənc arıçı” layihəsi Xızı rayonunda həyata keçiriləcək
Digərləri 05 May 2025 17:43:00 574 0
Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc arıçı" layihəsi bu dəfə Xızı rayonunda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır.
Bu xəbəri də oxu: Qorxu və əyləncənin birləşdiyi GECƏ: "Halloween" dünyada necə
IDEA İctimai Birliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, layihəyə cəlb olunacaq 20 gənc ailə əvvəlcə nəzəri və praktiki təlimlərdə iştirak edəcək. Təlimləri başa vurmuş iştirakçılar arı ailələri və pətəklər, arıçı geyimi, balsüzən aparat və digər zəruri avadanlıqlarla təmin olunacaqlar. Gənc arıçılara istehsalat prosesinin effektiv təşkili üçün zəruri şərait yaradılacaq, eyni zamanda, məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satış strategiyalarının hazırlanması sahəsində metodoloji və peşəkar dəstək göstəriləcək.
Qeyd edək ki, 2021-ci ildən etibarən IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən "Gənc arıçı" layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.
Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda layihə, gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.
Müğənni Elnar Xəlilov qalmaqallı açıqlamalar verib.
 Ətraflı
 Ətraflı
                                                Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Milli Kons
 Ətraflı
 Ətraflı
                                                Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.
 Ətraflı
 Ətraflı
                                                2024-cü ildə Bakının ümumtəhsil müəssisələrini 28203 şagird bitirib v
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qı
 Ətraflı
 Ətraflı
                                                Mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə ba�
 Ətraflı
 Ətraflı
                                                Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edilib.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamə
 Ətraflı
 Ətraflı
                                                Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkd
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında əsasnamə tə
 Ətraflı
 Ətraflı
                                                Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm o
 Ətraflı
 Ətraflı
                                                "Səni axtarıram" verilişində maraqlı anlar yaşanıb.
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyev "Feldyeger rabitəsi haqqında" qanunda dəyi
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            