"Səfir və müşavir göz yaşı içində Zelenskiyə yalvarırdı..."
Dünya 02 Mar 2025 08:32:00 407 0
Mətbuat getdikdən sonra tərəflər ayrı-ayrı otaqlara çəkildilər. Mən, Dövlət katibi Marko Rubio və digər yüksək vəzifəli şəxslər prezidentə məsləhət gördük ki, Oval ofisdəki bu təhqirdən sonra biz sadəcə olaraq necə irəliləyə biləcəyimizi görmürük.
Bu xəbəri də oxu: Əhalisinin 92 faizi müsəlmandır Hicab qadağa edildi
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts "Foks Nyus"a ABŞ və Ukrayna liderləri arasında mübahisədən sonra qapalı görüşün olub-olmaması haqda deyib.
Ukrayna prezidentinin artıq Ağ Evi tərk etməli olduğu barədə mesajı çatdırmaq üçün Uolts onun olduğu otağa gedib.
Zelenskinin baş verənləri dərk edib-etməməsi ilə bağlı sualına Uolts belə cavab verib:
"Xeyr, başa düşmədi. Düzünü desəm, onun komandası bunu bacardı. Onun səfiri və müşaviri praktiki olaraq göz yaşları içində idilər, hər şeyin ölü nöqtədən tərpənməsini istəyirdilər. Amma Zelenski yenə də mübahisə etdi".
Uoltsun sözlərinə görə, Zelenskiyə bəzi sözləri deyə bilib:
"Ona dedim ki, burada zaman sizin tərəfinizdə deyil, döyüş meydanında vaxt sizin tərəfinizdə deyil, qlobal vəziyyət baxımından zaman sizin tərəfinizdə deyil və ən əsası ABŞ-ın yardımı və vergi ödəyicisinin səbri sonsuz deyil".
O əlavə edib ki, Zelenski "şəhərdə yeni şerifin olduğunu" başa düşmədi:
"Bu, yeni prezidentdir və biz dünyaya yeni yanaşma nümayiş etdirmək niyyətindəyik".
Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra görüşün qapalı davam edəcəyi bildirilib. Lakin Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib. Son.az
Xəbərə aid video
Müğənni Rəvan Qarayev yenidən ailə qurmağa hazırlaşır.
 Ətraflı
 Ətraflı
                                                Ağ Ev rəhbərinin müavini Den Skavino X sosial şəbəkəsində Ukrayna Prezi
 Ətraflı
 Ətraflı
                                                "Hər hansı Əməkdar və ya Xalq artisti bir az qolu, sinəsi açıq geyi
 Ətraflı
 Ətraflı
                                                Psixoloqlar vurğulayır ki, bəzi valideyn ifadələri uşaqlarda yalan danış
 Ətraflı
 Ətraflı
                                                "Mən xoşbəxtəm, çünki övladım var. Qadına bundan artıq nə lazım
 Ətraflı
 Ətraflı
                                                Psixoloqlar, münasibətlərdə kişilər tərəfindən deyilən və qadınları
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin ən varlı daşınmaz əmlak sahibi olan məşhurların adları aç
 Ətraflı
 Ətraflı
                                                Kolorektal xərçəng ən geniş yayılan və təhlükəli onkoloji xəstəlikl�
 Ətraflı
 Ətraflı
                                                28 yaşlı Murat Ustutar uzun illər sədəf xəstəliyindən əziyyət çəkib.
 Ətraflı
 Ətraflı
                                                "Kiçik yaşlarımdan şəhərdə böyümüşəm. Necə geyinmişəmsə, el
 Ətraflı
 Ətraflı
                                                Həkimlərin ac qalmağa icazə vermədiyi xəstələr, hamilə qadınlar, zəif
 Ətraflı
 Ətraflı
                                                Musiqi sənayesi təkcə sənət yox, həm də böyük gəlirlərin dövr etdiyi
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin ən böyük şirkətlərindən biri olan "Zorlu Holding"i
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            