Alnında xaç işarəsi ilə canlı yayıma çıxdı
Dünya 07 Mar 2025 08:27:00 468 0
ABŞ-ın Dövlət Katibi Marko Rubionun alınında xaç işarəsi ilə "Fox News" televiziya kanalının canlı yayımına qatılması sensasiya yaradıb.
Bu xəbəri də oxu: Kremldən Trampın nüvə ilə bağlı bəyanatına CAVAB
Rubio müsahibəsində Ukraynadakı son hadisələr, Yaxın Şərqdə artan böhran və Donald Trampın Konqresə son müraciəti kimi əsas mövzulara toxunub.
Rubionun alınında xaç işarəsi olmasının səbəbi müsahibədən bir gün öncə qeyd olunan Kül Çərşənbəsi ilə bağlıdır. Kül Çərşənbəsi xristian katolikləri üçün mühüm gündür. Bugünə inananlar, müqəddəs hesab edilən palma budaqlarının külündən hazırlanmış xaç işarəsini alında qəbul edirlər.
Rubionun bu dini simvol ilə ekranda görünməsi sosial mediada müxtəlif reaksiyalar doğurub.
Bəzi istifadəçilər bunu onun dəyərlərinə və açıq inancına hörmət əlaməti kimi dəyərləndirərək dəstəkləyiblər. Digərləri isə bu addımın siyasi məqsəd daşıdığını, hətta Rusiyaya simpatiya və ya "dini müharibə" çağırışı ola biləcəyini iddia ediblər.
Bir sosial media istifadəçisi "Bizim valideynlərimiz də uşaq vaxtı pis davrandığımızda alınımıza xaç çəkirdilər" kimi ironik şərh yazıb.
Bu hadisə, şəxsi inancın dövlət idarəçiliyi ilə necə kəsişdiyi məsələsini gündəmə gətirərək müxtəlif platformalarda geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Tramp administrasiyasının yeni dövrdə dini simvolları ön plana çıxarmağa çalışdığı bildirilir.
ABŞ Prezidenti Ağ Evdə ilk kabinet iclasına da dua ilə başlayıb. Bu maraqlı görüntü də seçki kampaniyası zamanı kameralara düşüb.
Lalə Qüdrətova Son.az
Ukrayna Prezidenti Volodimir Zelenskinin dizayneri Elvira Həsənova dövlət ba
 Ətraflı
 Ətraflı
                                                ABŞ Prezidenti Donald TrampABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna
 Ətraflı
 Ətraflı
                                                Müğənni Kəmalə Nəsibova açıqlaması ilə diqqət çəkib.
 Ətraflı
 Ətraflı
                                                Amerikalı sahibkar, "Tesla" və "Space X" şirkətlərinin
 Ətraflı
 Ətraflı
                                                Xanəndə Pərviz Qasımov toylara dəvət olunmamasından gileylənib.
 Ətraflı
 Ətraflı
                                                Mart ayında iki mühüm bayram - Novruz və Ramazan bayramları qeyd olunacaq.
 Ətraflı
 Ətraflı
                                                "Qadınlar güclü çiyin istəyir. Bu, onlar üçün çox böyük bir həd
 Ətraflı
 Ətraflı
                                                Qarlı hava şəraitində baş vermiş hadisələrə görə 3 milyon manata yax�
 Ətraflı
 Ətraflı
                                                "Çocuklar Duymasın" serialının Duyğu obrazını canlandıran Ayş
 Ətraflı
 Ətraflı
                                                "Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin o
 Ətraflı
 Ətraflı
                                                Magazin dünyası yeni bir eşq iddiası ilə çalxalanır. Eyni serialda rol al
 Ətraflı
 Ətraflı
                                                Tehranda ardıcıl olaraq beş il quraqlıq davam etdiyi və yağıntıların 45
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            