Məşhur aktrisa həmcinsi ilə evləndi
Şou-biznes 22 Apr 2025 15:16:00 400 0
"Alatoranlıq" (Twilight) film seriyasında Bella rolu ilə tanınan amerikalı aktrisa Kristen Stewart rəsmi olaraq sevgilisi, ssenarist Dylan Meyer ilə evlənib.
Bu xəbəri də oxu: İdman geyimində muğam oxuyan xanəndəni qınadı
Son.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Toy mərasimi 2025-ci il aprelin 20-də, bazar günü Los-Ancelesdə baş tutub. Mənbələrin bildirdiyinə görə, sadə və səmimi şəkildə keçirilən mərasim Stewartın şəxsi evində, yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə gerçəkləşib.
Mərasimdə iştirak edən tanınmış qonaqlar arasında aktrisa Ashley Benson və onun həyat yoldaşı, sahibkar Brandon Davis da olub. Toydan əvvəl cütlük məhkəməyə müraciət edərək rəsmi nikah şəhadətnaməsi əldə edib.
Qeyd edək ki, aktrisanın rəsmi nümayəndəsi hələlik bu barədə hər hansı bir açıqlama verməyib. Toydan ilk foto isə "X" sosial platformasında yayılıb.
Dylan Meyer haqqında nə bilirik?
Dylan Meyer 1986-cı il dekabrın 4-də Los-Ancelesdə anadan olub. O, məşhur ssenarist və rejissor Nicholas Meyerin qızıdır. Nicholas "Star Trek" layihələrindəki işləri ilə tanınır və 1977-ci ildə "The Seven-Per-Cent Solution" filmi ilə "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyasında Oskar mükafatına namizəd göstərilib.
Dylan da atasının yolunu davam etdirərək ssenarist olub. Bununla yanaşı, o, bir neçə qısa filmdə aktrisa kimi də çıxış edib. Onun ekran qarşısında ilk rolu 2011-ci ildə çəkilmiş "The Death and Return of Superman" adlı qısa film olub.
2015-ci ildə Dylan ilk ssenarisini yazaraq "Loose Ends" adlı 23 dəqiqəlik filmi ərsəyə gətirib. 2016-cı ildə isə "Netflix" üçün çəkilmiş "XOXO" layihəsində rejissor Christopher Louie ilə birgə çalışıb.
O, "Miss 2059" serialı üçün 8 epizod yazıb və sonrasında "Rock Bottom" qısa filmində çalışıb. 2021-ci ildə Dylan "Netflix" platformasında yayımlanan "Moxie" adlı musiqili filmin ssenarisini yazıb.
Maraqlı fakt: Kristen və Dylan ilk dəfə 2019-cu ildə münasibətlərini ictimaiyyətə açıqlayıblar. Cütlük bir neçə ildir birlikdədir və münasibətlərini açıq şəkildə paylaşmaqdan çəkinmirlər.
Leyla Son.az
Xəbərə aid video
Xəbər verdiyimiz kimi, şənbə günü, aprelin 26-da, Vatikanın Müqəddəs
 Ətraflı
 Ətraflı
                                                Ötən gün Tərtərdə dəm qazının qurbanı olanın ailənin fotoları yayı
 Ətraflı
 Ətraflı
                                                Metro gündəlik olaraq bir çoxumuzun istifadə etdiyi nəqliyyat vasitəsidir.
 Ətraflı
 Ətraflı
                                                Qızıl yeni rekord səviyyəyə çatıb. ABŞ iqtisadiyyatında baş verən son
 Ətraflı
 Ətraflı
                                                Tarixi və mədəni abidələrin bərpasının iş adamlarına həvalə edilməs
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
 Ətraflı
 Ətraflı
                                                Gürcüstan hökuməti siyasi sığınacaqla bağlı qanunları sərtləşdirmə
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə evdar qadınlara sosial təminat və pensiya hüququ verilməsi il�
 Ətraflı
 Ətraflı
                                                29-30 aprel Azərbaycanın Xalq artisti Eyyub Yaqubov "Yalnız mədəniyyə
 Ətraflı
 Ətraflı
                                                Astrologiya şəxsiyyət xüsusiyyətləri ilə bağlı maraqlı ipuçları təq
 Ətraflı
 Ətraflı
                                                "Şərur MTK"nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar)
 Ətraflı
 Ətraflı
                                                Çinin Hubey əyalətindəki Vuhan şəhərində baş verən faciəvi hadisə 22
 Ətraflı
 Ətraflı
                                                Son zamanlarda sosial şəbəkələrdə yayılan "toyuq kişiləri qadınla
 Ətraflı
 Ətraflı
                                                Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ilə
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            