Ev almaq istəyənlərin nəzərinə!
Digərləri 18 Apr 2025 12:36:00 379 0
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı son dövrlərdə xüsusilə nəzərə çarpır. 2025-ci ilin birinci rübündə mənzillərin qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Bu artım həm yeni, həm də təkrar bazar mənzillərində müşahidə olunub və iqtisadi şərtlərin dəyişməsi ilə əlaqədar müxtəlif faktorlar üzərində dayanılır. Ekspertlər qiymət artımının əsas səbəbləri arasında manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, daşınmaz əmlakın investisiya olaraq daha cəlbedici hala gəlməsi və bazardakı tələbin artması kimi faktorları qeyd edirlər. Eyni zamanda, qəzalı binaların sökülməsi və ipoteka kreditlərinin artması da bu bahalaşmada mühüm rol oynayıb. Bu vəziyyət bazarda yeni dinamikanın yaranmasına və ev alqı-satqısında dəyişikliklərə səbəb olub.
Bu xəbəri də oxu: Cabir İmanovun bu şəkli narazılıq yaratdı FOTO
Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə mənzillərin qiyməti 2024-cü ilin eyni dövrünə nisbətən ortalama 14,4 faiz qalxıb. Artım ilk dəfə satışa çıxan mənzillərin qiymətində 12,9 faiz, təkrar bazarda isə 14,4 faiz təşkil edib. Qiymət artımı sözügedən dövr üzrə inflyasiya göstəricisindən 2,6 dəfə çox olub.
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə bu artımın iqtisadi əsasları var:
"Həm manatın alıcılıq qabiliyyəti, həm də daşınmaz əmlakın investisiya cazibədarlığının yüksəlməsi və hazırda Azərbaycanda kapital yığımının əsas istiqamətlərindən biri kimi müəyyən olunması evlərin qiymətlərinin artmasına səbəb olur". Vüqar Oruc deyir ki, mənzillərin bahalaşmasının digər səbəbi qəzalı binaların sökülməsinə başlanılmasıdır. Prosesin mənzil bazarında tələbatın artacağı ilə bağlı gözləntilər yaratması qiymətlərin yüksəlməsinə səbəb olur".
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə bahalaşmanı ipoteka kreditlərinin verilməsi ilə əlaqələndirir. Mərkəzi Bankın maliyyə sabitliyi hesabatında bildirilib ki, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunsa da, sonrakı illərdə artım davam edib. Bütövlükdə rəsmi statistikaya görə, 2020-ci ilin sonu ilə müqayisədə 2024-cü ilin eyni dövründə mənzillərin qiymətləri orta hesabla 32,4 faiz artıb.
Asya Son.az
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti dah
 Ətraflı
 Ətraflı
                                                Naxçıvan Muxtar Respublikasının kəndlərindən birinin mollası olan 1940-c
 Ətraflı
 Ətraflı
                                                Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasından Müstə
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə al�
 Ətraflı
 Ətraflı
                                                Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra
 Ətraflı
 Ətraflı
                                                Son günlərdə WhatsApp tətbiqində "üçüncü mavi işarə" funksi
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı general-p
 Ətraflı
 Ətraflı
                                                Türk kino tarixinin əfsanəsi sayılan "Hababam Sınıfı" filminin
 Ətraflı
 Ətraflı
                                                "Yeni Klinika"nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova
 Ətraflı
 Ətraflı
                                                Müğənni Aygül Səfərova şəxsi həyatından danışıb.
 Ətraflı
 Ətraflı
                                                "Hadisə baş verəndə gedib gördük ki, Pərviz müəllim də oradadır.
 Ətraflı
 Ətraflı
                                                "Euro NCAP 2025" test nəticələri açıqlanıb.
 Ətraflı
 Ətraflı
                                                Təbii fəlakət zamanı maşına dəyən ziyanı kim ödəyir?
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            