Boşanmadan da aliment almaq olar
Digərləri 11 Apr 2025 20:02:00 364 0
Ailə mübahisəsi zamanı ən çox zərərçəkənlər uşaqlardır.
Bu xəbəri də oxu: Temperatur düşəcək, buludlu günlər olacaq Noyabrın havası
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar ayrılmağa qərar versələr belə hər iki tərəf yetkinlik yaşına çatanadək uşaqlarını saxlamağa borcludurlar.
Bəs boşanmadan da aliment almaq hansı hallarda mümkündür?
Məsələ ilə bağlı Son.az-a hüquqşünas Esmira Rzayeva açıqlama verib:
"Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 75-ci maddəsində ailə üzvlərinin aliment öhdəlikləri öz əksini tapıb. Qanuna görə, nikah pozulduqda uşaqlar hansı valideynlə qalırsa, digər valideyn həmin uşağın təlim-tərbiyəsi, gündəlik yaşayışını qarşılamaq üçün aliment ödəməlidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
Alimentin miqdarı hər ay üçün məhkəmə tərəfindən müəyyən şərtlər nəzərə alınmaqla müəyyən edilir.
76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.
76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər".
Qeyd edək ki, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ da Ailə Məsəlləsində öz əksini tapıb. Lakin nikah pozulmadan da aliment ödəmək mümkündür.
Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması yəni arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Aliment tələb edən şəxs mediasiya müraciət etməlidir. Mediasiyadan aldıqları arayışla məhkəməyə verə bilərlər.
Aysel Əkbər Son.az
Şimal yarımkürəsində ilk bahar dolunayı 12 aprel tarixində müşahidə ol
 Ətraflı
 Ətraflı
                                                Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin sə
 Ətraflı
 Ətraflı
                                                Rusiya Ədliyyə Nazirliyi ölkənin keçmiş xarici işlər naziri Andrey Kozı
 Ətraflı
 Ətraflı
                                                Müğənni Sevda Yahyayeva ona izləyicilərinin ən çox ünvanladığı sualla
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, "Starlink" internet xidmətinin Azərbaycand
 Ətraflı
 Ətraflı
                                                Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin a
 Ətraflı
 Ətraflı
                                                Toy karvanında qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə c
 Ətraflı
 Ətraflı
                                                Avstraliyanın Channel Nine telekanalının aparıcısı Piter Overton canlı ya
 Ətraflı
 Ətraflı
                                                Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi ç
 Ətraflı
 Ətraflı
                                                Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev apre
 Ətraflı
 Ətraflı
                                                Aprelin 11-də İqtisadi Şuranın növbəti iclası keçirilib.
 Ətraflı
 Ətraflı
                                                İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Ekrem İmamoğluy
 Ətraflı
 Ətraflı
                                                Şairə və qiraətçi Nazilə Səfərli qalmaqallı açıqlama verib.
 Ətraflı
 Ətraflı
                                                Gürcüstan və Azərbaycan arasında dəmir yolu əlaqəsi təxirə salınıb.
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            