Kişilər buna görə boşanmaq istəmir – Onların ən böyük qorxusu üzə çıxdı
Digərləri 08 Apr 2025 13:00:00 406 0
Son dövrlər münasibətlərdə maraqlı bir tendensiya müşahidə olunur: qadın ayrılmaq istədiyi halda, kişi bunu qəbul etməyə tələsmir. Aralarında emosional bağ zəifləsə də, kişi ailənin dağılmasına qarşı çıxır. Qadın isə illərlə dəyişməyən vəziyyətdən yorularaq çıxış yolu axtarır. Bu fərqli yanaşmaların kökündə sosial rollar, psixoloji ehtiyaclar və cəmiyyətin gözləntiləri dayanır.
Bu xəbəri də oxu: Noyabrın ilk günündə Bakıda 22 dərəcə isti olacaq
Bəs insanlar tükənmiş münasibətləri qorumağa məcburdurmu?
Son.az xəbər verir ki, psixiatr Azər Bağırov bu barədə yenisabah.az-a danışıb. O, bildirib ki, belə hallara cütlük terapiyalarında çox rast gəlinir:
"Qadının boşanmaq istədiyi vəziyyətlərdə kişilərdə bu əksinə olur. Halbuki arada isti münasibət yoxdur, buna baxmayaraq kişi boşanmaq istəmir. Qadın isə qarşı tərəfin düzəlməyəcəyini hiss edir çarəsizlikdən boşanmağa üz tutur. Burada fərqli faktorlar var. Kişilər üçün qadınlara qoyulan qədər məsuliyyət yoxdur. Tutaq ki, kişi ailədə bir çətinlik yaşadığında ailədəm içəridən uzaqlaşa bilir. Qadın isə o mövzuda bir az daha təhlükə hiss edir. Digər tərəfdən qınağa məruz qalmaq məsələsi də var. Kişilər həm də ona görə narahat olur ki, əgər boşansalar və qadın başqa biri ilə ailə qursa, onun uşaqlarına yad adam atalıq edə bilər".
Ekspert onu da qeyd edib ki, qadınlar evlilikdə sıx münasibət istəyirlər:
"Kişilər təbiətlərindən gələn çətinliklərə görə ünsiyyətə çox meylli deyillər. Ona görə qadınlar daha çox şikayətçi olurlar ki, evliliyimizdə bir şeylər yolunda getmir, bir-birimizlə birlikdə vaxt keçirə bilmirik, məişət qayğılarından başqa ünsiyyətimiz yoxdur. Yaxud da qadın əksər vaxtını evdə tək keçirdiyi üçün bunun da narahatlığı meydana gəlir. Belə qadınlar istəyir ki, işdən, evdən əlavə məşğuliyyətlər də olsun. Ancaq kişi işi, yorğunluğu bəhanə gətirir və qadının təkliflərindən boyun qaçırır. Digər tərəfdən, kişilər istədiyi vaxt dostları ilə çıxıb gəzə bilir. Lakin qadınlar harasa çıxmadan əvvəl ərindən icazə almalıdır. Cəmiyyətdə qadınların əleyhinə bu cür bir vəziyyət var. Son dövrlərdə isə qadınlar daha çox sosial şəbəkələrin təsirində qalaraq, başqa evliliklərin sanki daha çox romantik olduğunu və boşansalar onların da belə xoşbəxtlik tapacağını düşünürlər. İqtisadi və sosial çətinliklər, ailənin qazanc səviyyəsinin qadının istədiyi kimi olmaması da boşanmağa gətirib çıxarır".
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
 Ətraflı
 Ətraflı
                                                6 aprel 2025-ci il tarixində Özbəkistanın Daşkənd şəhərində baş tutan
 Ətraflı
 Ətraflı
                                                2025-ci ilin iyun ayından Rusiyada telefon və internet fırıldaqçılarından
 Ətraflı
 Ətraflı
                                                13 aprel tarixində Bakıda Opera Studiyasının səhnəsində "Fabrica de
 Ətraflı
 Ətraflı
                                                Təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması üçün tutul
 Ətraflı
 Ətraflı
                                                Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyeva bu g�
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlə
 Ətraflı
 Ətraflı
                                                Nərimanov rayonu ərazisində istismar müddəti bitmiş xəttin ləğvi və ye
 Ətraflı
 Ətraflı
                                                "Bəzi abituriyentlər imtahanlarda onlara təqdim olunan sual kitabçalar�
 Ətraflı
 Ətraflı
                                                Növbəti tədris ilindən məktəb avtobuslarının fəlaiyətə başlamasını
 Ətraflı
 Ətraflı
                                                Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talam
 Ətraflı
 Ətraflı
                                                Aprelin 15-dən 28-dək "π-Puppid" meteor yağışı müşahidə olun
 Ətraflı
 Ətraflı
                                                ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Netanyahu Ağ Evdə gör�
 Ətraflı
 Ətraflı
                                                Xankəndi şəhərində ADA Universitetinin 7-ci Siyasi Forumu öz işinə başl
 Ətraflı
 Ətraflı
                                                ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına əlavə 50% gömrük vergisi t
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            