Azərbaycanda ssenarist filmə görə təhdid olunur
Şou-biznes 06 Apr 2025 08:41:00 382 0
Rejissor Elvin Rüstəmzadənin "Ayıq sürücü" qısametrajlı filmi Buzovna sakinləri tərəfindən etirazlara səbəb olub.
Bu xəbəri də oxu: "Kızılcık şerbeti"ndə gözlənilməz ayrılıq baş rol ifaçısı gedir
Son.az xəbər verir ki, filmin ssenaristi Əli Ucal "Teleqraf"a açıqlamasında Buzovna sakinləri tərəfindən təhdid edildiyini bildirib.
"Ayıq sürücü" filmini təqdim etdikdən sonra çox müsbət reaksiyalar aldıq, heç kimdən aqressiya görmədik. Təqdimatdan üç-dörd gün sonra aktyor Mirzə Ağabəylinin oğlu mənə sosial şəbəkədə yazdı və bildirdi ki, film əladır, amma filmdən Buzovnanın adı çıxarılmalıdır. Mən onu başa saldım ki, film artıq yayımlanıb və bu mümkün deyil. Buzovnanın adı filmdə şərti olaraq qeyd edilir. O isə mənə cavab verdi ki, Buzovnanın adını çıxarmırsınızsa, təhqirlərə hazır olun! Sonra bizim ünvanımıza təhqirlər, söyüşlər yazmağa başladılar. Bizim filmdə Buzovnanın adını qeyd etməkdə məqsədimiz kimisə təhqir etmək deyil. Biz bu gün təhdid olunuruq. Mənə yazırlar ki, "Sizi tutacağıq", "Haradasa əlimizə keçəcəksiniz" və sair. Filmin rejissoru Elvin Rüstəmzadəyə və mənə qarşı böyük təhdidlər var. Filmin ssenari müəllifi olmaqla yanaşı, baş rolu da mən canlandırıram. Ən çox söyülən, təhqir edilən mənəm" , - deyə Ə. Ucal bildirib.
Ssenarist vurğulayıb ki, Buzovna sakinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər: "Polis bizimlə əlaqə saxlayıb ki, sizin haqqınızda şikayət var, izahat yazmalısınız. Buzovna camaatı isə 500 imza toplamaqla bizi məhkəməyə vermək istəyir. İnsanlar bizdən əl çəkmirlər. Film 200 min dəfədən çox izlənilib".
Qeyd edək ki, "Ayıq sürücü" filmində "Xala Buzovnada qalır" ifadəsi Buzovna sakinləri tərəfindən təhqir kimi qiymətləndirilib. Son.az
Hindistanın Çhattisqarh əyalətində 65 ibtidai məktəb şagirdi içərisind
 Ətraflı
 Ətraflı
                                                Müğənni Rahidə Baxışova aparıcı xanımlardan biri ilə efirdə mübahis�
 Ətraflı
 Ətraflı
                                                Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) inzibati rəhbər vəzifələrə aid
 Ətraflı
 Ətraflı
                                                Gəncədə ana və iki övladı qidadan zəhərlənib.
 Ətraflı
 Ətraflı
                                                2025-ci ilin mart ayında "Vaşinqton"un forvardı Aleksandr Oveçkin
 Ətraflı
 Ətraflı
                                                "Biz musiqiçilər xalqın zövgünü formalaşdıranlarıq. Çünki onlar
 Ətraflı
 Ətraflı
                                                Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, hakimiyyət idmana dəst
 Ətraflı
 Ətraflı
                                                Həkimlə məsləhətləşdikdən sonra yaz aylarında D və B vitaminlərini q�
 Ətraflı
 Ətraflı
                                                "Bəzən lal adamı da dindirirlər. Amma bir də görməyəcəksiniz"
 Ətraflı
 Ətraflı
                                                Müğənni Natavan Həbibi opera və vokal ifaçılarını efirdə ifşa edib.
 Ətraflı
 Ətraflı
                                                Baş ağrısını gözlənilməz amillər yarada bilər. Bu haqda məlumatlı ol
 Ətraflı
 Ətraflı
                                                Evin enerjisi insanların həyatına böyük təsir göstərir. Bəzi əşyalar
 Ətraflı
 Ətraflı
                                                Avtomobil eksperti Roman Sokuyev orijinal motor yağının necə seçiləcəyini
 Ətraflı
 Ətraflı
                                                Nebraska Universitetindən amerikalı alimlərin apardığı araşdırma sarık�
 Ətraflı
 Ətraflı
                                                Hər hansı bir evdar qadının şkafında bir neçə yataq dəsti olacaq ki, on
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            