Səfərbərlik xidməti 40 nəfər barəsində materialları Baş Prokurorluğa göndərdi
Digərləri 02 Apr 2025 10:20:50 405 0
Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb.
Bu xəbəri də oxu: "Cavadzadə"yə yeni direktor təyin olundu FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "2022-2026-cı illər üçün korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının və korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaların, neqativ halların qarşısının alınması və xidməti fəaliyyətdə şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ-hüquqi və maddi-texniki bazanın təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilməkdədir.
Belə ki, qanunvericiliyin və normativ aktların tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci rübündə isə 39 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən cari ildə 3 əməkdaş mənfi motivlə ehtiyata buraxılmış və əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 12 fakt üzrə 40 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
"Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Tibbi şəhadətləndirmədə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin mövcud elektron informasiya sistemlərinin inteqrasiya yolu ilə həyata keçirilməsi, Ölkə Başçısının tapşırığı ilə bütün proseslərin elektronlaşdırılması və optimallaşdırılması korrupsiya hallarının qarşısının alınmasında, obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasında müsbət nəticələr verməkdədir.
Muğlanın (Türkiyə) Ortaca mahalında 7 il əvvəl zibil qabında tapılan k
 Ətraflı
 Ətraflı
                                                Aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yax�
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezid
 Ətraflı
 Ətraflı
                                                ABŞ prezidenti Donald Tramp sərvətini 2024-cü ildəki 2,3 milyard dollardan
 Ətraflı
 Ətraflı
                                                Ağzında söz qalmayan bürclər, ümumiyyətlə, olduqca sakit və özünə ç
 Ətraflı
 Ətraflı
                                                Dünyaca məşhur çips markasının populyar məhsulu geri çağırılır.
 Ətraflı
 Ətraflı
                                                "Boykot çağırışları səbəbilə maddi ziyana məruz qalan istehsalç�
 Ətraflı
 Ətraflı
                                                Martın 31-i axşam saatlarında Azərbaycanın şimal-qərb bölgəsində qeyri
 Ətraflı
 Ətraflı
                                                Son illər ölkədə boşananların sayında artım müşahidə olunur. Belə ki
 Ətraflı
 Ətraflı
                                                Xalq artisti Pərvanə Qurbanova Medianews.az-ın suallarını cavablandırıb.
 Ətraflı
 Ətraflı
                                                Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya səfəri Azərbaycanla Al
 Ətraflı
 Ətraflı
                                                Ekrem İmamoğlunun həbsi ilə yüksələn etirazlar zamanı hökumətlə əlaq
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            