Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 9 il ötür
Digərləri 02 Apr 2025 00:02:00 339 0
Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 9 il ötür.
Bu xəbəri də oxu: Yango Azerbaijan və PAŞA Sığorta sərnişinlər və sürücülər üçün sığorta proqramına start verir
Son.az-ın məlumatına görə, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.
Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi.
Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.
Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
 Ətraflı
 Ətraflı
                                                1 aprel ənənəvi olaraq Aldadanlar Günü kimi qeyd olunur. Müasir zarafatç�
 Ətraflı
 Ətraflı
                                                Ermənistanın Baş naziri Nikol Paşinyan Monteneqro baş nazirinin xarici və
 Ətraflı
 Ətraflı
                                                Müğənni Aysun İsmayılova efiri tərk edib.
 Ətraflı
 Ətraflı
                                                Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımla
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyadan 25-i 2024-cü il üzrə
 Ətraflı
 Ətraflı
                                                Ukraynanın keçmiş prezidenti Petro Poroşenko təbii sərvətlərlə bağlı
 Ətraflı
 Ətraflı
                                                Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtın Yasamal ray
 Ətraflı
 Ətraflı
                                                Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qurucularından biri, Koca
 Ətraflı
 Ətraflı
                                                Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Movses Ak
 Ətraflı
 Ətraflı
                                                Son günlər aparıcısı olduğu verilişin canlı yayımı zamanı "Məni
 Ətraflı
 Ətraflı
                                                "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında səkki
 Ətraflı
 Ətraflı
                                                Müğənni Aysun İsmayılova vəkil Ramil Vəliyevdən rəsmən boşanıb.
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            