Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ
Digərləri 23 Mar 2025 00:25:00 390 0
Maşın bazarında ənənəvi tendensiya dəyişir. Gürcüstandan gətirilən "ikinci əl" maşınlar hakim mövqelərini sürətli şəkildə itirirlər. Ekspertlər bazardakı mövqe dəyişikliyinin mənfi və müsbət tərəflərini açıqlayırlar.
Bu xəbəri də oxu: Bugün saxlanılan icra başçısının son GÖRÜNTÜLƏRİ
Ötən il Gürcüstandan Azərbaycana 290 milyon ABŞ dolları dəyərində 12 min 849 ədəd avtomobil ixrac edilib. Bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 34 faiz, kəmiyyət olaraq 43 faiz azdır. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında üçüncü yerdə qərarlaşıb. Statistikadan da göründüyü kimi, əgər əvvəllər ölkəmizə daha çox Gürcüstan vasitəsilə "ikinci əl" maşınlar gətirilirdisə, indi vəziyyət dəyişib. Bəs bu dəyişikliyin hansı müsbət və mənfi təsirləri var?
Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
"Həm komfortlu, həm də ucuz"
Nəqliyyat eksperti Yasin Mustafayevin sözlərinə görə, insanların Gürcüstandan idxal edilən avtomobillərdən imtina etməsi üçün əsaslı səbəblər var: "Elektrikli avtomobillərə keçid dövrün tələbidir. Əvvəl Avropadan, ABŞ-dən gətirilən avtomobillərə tələbat var idi. Onlar da Gürcüstan üzərindən gətirilirdi. İndi avtomobillərin buraxılış ilinə qoyulan məhdudiyyətlər, həm də son dövrlər Çin avtomobillərinin daha cəlbedici olması səbəbindən əsas ağırlıq Çin və Koreya avtomobillərinə keçib. Gürcüstan bazarı əhəmiyyətini itirməkdə davam edir. Avropa və ABŞ maşınları Çin avtomobilləri ilə rəqabətə davam gətirə bilməyəcək. Çünki həmin ölkələrdə avtomobil istehsalçıları keyfiyyəti, modeli yenilədikcə, qiyməti də artırırlar. Amma Çin maşınlarında belə deyil. Onlarda qarşıya qoyduqları prioritet keyfiyyəti, komfortu artırmaq, qiyməti isə mümkün qədər münasib saxlamaqdır. Belə olan halda insanlar Çin avtomobillərinə yönəlir. Əvvəllər biz Gürcüstandan gələn avtomobilləri münasib olduğu üçün seçirdiksə, indi Çin maşınlarını da münasib qiymətə gətirə bilirik".
Ehtiyat hissələri problemi
Çin və Koreyadan gətirilən avtomobillərə maraq artsa da, vətəndaşlar həmin avtomobillərin ehtiyat hissələrinin tapılmamasından şikayətçidirlər. Ekspert düşünür ki, bu məsələ də tezliklə öz həllini tapacaq: "Hazırda Çindən gələn avtomobillərin ehtiyat hissələri ilə bağlı müəyyən çətinliklər var. Bunun da səbəbi hələ bazara yeni daxil olmalarıdır. Müəyyən vaxt keçdikdən sonra onların da ehtiyat hissələri ölkəmizə gətiriləcək. Çin avtomobillərinin modelləri çox tez-tez dəyişir. Yeni modellər çıxdıqca, köhnələrinin istehsalı dayanır. Bu da ehtiyat hissələrinin gətirilməsində müəyyən çətinliklər yaradır. Amma hibrid və elektromobillərin köhnə maşınlar kimi tez-tez təmirə ehtiyacı olmur. Hələ ki, yenidirlər, ehtiyat hissələri daxiliyanma mühərriklilərdən daha azdır. Bu da o avtomobilləri daha cəlbedici edir".
Köhnə avtomobil qiymətinə yenisini alırlar
Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı İma
 Ətraflı
 Ətraflı
                                                İllərdir efirlərdən və sosial şəbəkələrdən uzaq düşən müğənni M
 Ətraflı
 Ətraflı
                                                Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
 Ətraflı
 Ətraflı
                                                "Rəqəmsallaşma prosesi çərçivəsində sadəcə kağız jurnalların d
 Ətraflı
 Ətraflı
                                                Hazırda yaz fəsli olmasına baxmayaraq, Azərbaycanın bəzi bölgələrinə,
 Ətraflı
 Ətraflı
                                                Xətai rayonu, Əhmədli qəsəbəsinin sakini Məcnun Məmmədovun 18 il yaşad
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Ermənistan hökumətinin qərarı ilə Türkiyə üz�
 Ətraflı
 Ətraflı
                                                "Terror" və "korrupsiya" istintaqı çərçivəsində saxla
 Ətraflı
 Ətraflı
                                                Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbirdən
 Ətraflı
 Ətraflı
                                                "O vaxt necə idisə, indi də elədir""O vaxt necədirsə, indi
 Ətraflı
 Ətraflı
                                                Yüksək gərginlikli elektrikötürücü xətlərin altına düşən torpaq sah
 Ətraflı
 Ətraflı
                                                Martın 22-si saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerl
 Ətraflı
 Ətraflı
                                                Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı, təqaüdə olan polis polkovnik
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            