Qızıl unitaz oğurlandı: dəyəri 5 milyondan çox FOTO
Digərləri 21 Mar 2025 16:20:00 361 0
İngiltərədə yerləşən Blenheim Sarayında nümayiş etdirilən 4,8 milyon funt sterlinq dəyərində qızıl unitazın oğurlanması ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Hadisədə əli olan cinayətkar dəstənin üzvləri günahkar bilinib.
Son.az trt haber-ə istinadən xəbər verir ki, Oxforddakı tarixi sarayda təşkil edilən sənət sərgisindən bir neçə saat sonra baş verən oğurluğun əvvəlcədən planlaşdırıldığı müəyyən edilib.
Cinayətkarlar qapıları qıraraq binaya daxil olub, unitazı yerindən sökərək tez bir zamanda qaçıblar. Təhlükəsizlik kameraları beş nəfərin soyğun əməliyyatında iştirak etdiyini göstərsə də, polis yalnız James Sheen və Michael Jones adlı şəxsləri yaxalaya bilib.
Məhkəmə nəticəsində:
-Michael Jones oğurluğun təşkilində günahkar bilinib.
-Fred Doe oğurlanmış qızılı satmağa cəhd etməkdə günahkar bilinib.
-Bora Guccuk isə eyni ittihamdan bəraət alıb.
İstintaq nəticəsində soyğun liderinin James Sheen olduğu müəyyən edilib. 2005-ci ildən bu yana altı dəfə həbs cəzası alan Sheen, müxtəlif dələduzluq və oğurluq əməliyyatları ilə 5 milyon funt sterlindən çox gəlir əldə edib.
Məhkəmədə təqdim edilən sübutlara əsasən, unitaz oğurlandıqdan qısa müddət sonra hissələrə ayrılıb və satılıb. Polis hələ də əsərin heç bir hissəsini bərpa edə bilməyib.
Məndə olan məlumata görə, Paşinyanın Bakıya getməsi və sülh müqavil�
 Ətraflı
 Ətraflı
                                                "O qədər zəif qadın deyiləm ki, kimisə məndən artıq tutub..."
 Ətraflı
 Ətraflı
                                                Gürcüstanın Baş naziri İrakli Kobaxidze azərbaycanlı soydaşlarımızı v
 Ətraflı
 Ətraflı
                                                Prostatiti olan kişilər üçün hamama getmək ciddi sağlamlıq problemləri
 Ətraflı
 Ətraflı
                                                Həmvətənimiz Namiq Heydərov Əfqanıstanın Yardım və İnkişaf Koordinasi
 Ətraflı
 Ətraflı
                                                Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Donald Trampın təşəbbü
 Ətraflı
 Ətraflı
                                                Rəqqasə Sevda Sanəliyeva anası ilə bağlı paylaşım edib.
 Ətraflı
 Ətraflı
                                                AMEA Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli uzun sürən xəstə
 Ətraflı
 Ətraflı
                                                Şəkidə şok hadisə baş verib.
 Ətraflı
 Ətraflı
                                                Almaniya 13 ildən sonra Dəməşqdəki səfirliyini yenidən açır.
 Ətraflı
 Ətraflı
                                                Novruz bayramı ilə əlaqədar hazırda milli şirniyyatlarımız gündəmdir.
 Ətraflı
 Ətraflı
                                                Türk kinosunun məşhur ulduzu Can Yaman Rusiyanın paytaxtı Moskva şəhərin
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            