Gülcanın ölümünə görə mamaginekoloq həkimlikdən uzaqlaşdırıldı


Digərləri 09 Noy 2025 14:32:00 61 0

Gülcanın ölümünə görə mamaginekoloq həkimlikdən uzaqlaşdırıldı

Öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsi nəticəsində Culfa rayon sakini, 8 aylıq hamilə Gülcan Allahverdiyevanın ölümünə səbəb olan Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin mama-ginekoloqu Zülfiyyə Ağayevanın məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, teleqraf-ın məlumatına görə, Culfa Rayon Məhkəməsində keçirilən prosesdə Z.Ağayeva Cinayət Məcəlləsinin 314.2-ci maddəsi üzrə təqsirli bilinib və onun azadlığı 2 il 6 ay müddətinə məhdudlaşdırılıb.

Bundan başqa, 58 yaşlı mama-ginekoloq 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutmaqdan, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.

Ekspertiza rəyinə görə, Gülcan Allahverdiyevaya göstərilmiş tibbi xidmət ümumilikdə qüsurlu olub. Hamiləyə inyeksiya edilmiş dərman preparatları qeyd olunan dozada deyil, daha artıq dozada və əzələ daxilinə deyil, venadaxili inyeksiya edilməli idi. O da bəlli olub ki, çağırışa getmiş tibbi briqadasının tərkibində ixtisaslı həkim olmayıb. Ambulansda defibrilyator (şok-red) cihazının olmaması da məhkəmədə təsdiqlənib.

Bundan başqa, hamiləliyin 33-34 həftəliyində müayinəsi zamanı onda zülal və arterial təzyiqin normadan yüksək olduğu qeyd edilib. Bununla əlaqədar hamiləyə daha geniş müayinələr aparılması lazım olsa da, həkim məsələyə səhlənkar yanaşıb.

Qeyd edək ki, Z.Ağayeva səhlənkarlıq edərək G.Allahverdiyevaya hamiləliyi dövründə qüsurlu tibbi xidmət göstərib, hamiləyə antenatal xidməti tam həcmdə aparmayıb, nəticədə, o, "Hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı"ndan ölüb.

Bundan başqa, Z.Ağayeva məhkəmədə "Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı"nın tələblərinə riayət etmədiyi üçün xəstəxanaya müraciət edən başqa bir hamilə qadının da uşağının ölümündə təqsirli bilinib.

Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.

4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... like
  • 09 Noy 13:43  
Digərləri 4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman...

Ölümündən 33 il sonra Milli Qəhrəman adı verilən baş leytenant Vaqif Qu

arrow Ətraflı
Azərbaycanda vəkil vəfat etdi like
  • 09 Noy 13:35  
Digərləri Azərbaycanda vəkil vəfat etdi

Azərbaycanda vəkil vəfat edib.

arrow Ətraflı
Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi  FOTO like
  • 09 Noy 13:26  
Digərləri Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi FOTO

"Xalq Bank" ASC 9 Noyabr - Bayraq Günü münasibətilə sosial şəb�

arrow Ətraflı
"Onlar bizi məcbur edir, ancaq biz bunu etməyəcəyik" like
  • 09 Noy 13:22  
Dünya "Onlar bizi məcbur edir, ancaq biz bunu etməyəcəyik"

Moskva, Avropa Birliyinin vizalarla bağlı təzyiqlərinə boyun əyməyəcəyi

arrow Ətraflı
“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? – RƏSMİ AÇIQLAMA like
  • 09 Noy 13:01  
Digərləri “Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? – RƏSMİ AÇIQLAMA

Dövlət Statistika Komitəsinin məlumatlarına görə bu ilin yanvar-avqust ay

arrow Ətraflı
Bu ölkədə güclü zəlzələ baş verdi like
  • 09 Noy 12:50  
Dünya Bu ölkədə güclü zəlzələ baş verdi

Hindistanın Andaman adaları yaxınlığında 5,5 bal gücündə zəlzələ qey

arrow Ətraflı
Azərbaycan əsilli polis Ukraynada həlak oldu like
  • 09 Noy 12:31  
Digərləri Azərbaycan əsilli polis Ukraynada həlak oldu

Ukrayna Milli Polisinin Dnepropetrovsk üzrə idarəsinin mayoru, Azərbaycan ə

arrow Ətraflı
Sabah duman olacaq, külək əsəcək like
  • 09 Noy 12:27  
Digərləri Sabah duman olacaq, külək əsəcək

Noyabrın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Filippində faciə  Ölənlərin sayı 224 nəfərə çatdı like
  • 09 Noy 12:25  
Dünya Filippində faciə Ölənlərin sayı 224 nəfərə çatdı

Filippində təsirini göstərən "Kalmaegi" tayfunu nəticəsində h�

arrow Ətraflı
Bakıda qülləyə çıxan 18 yaşlı gənc belə xilas edildi like
  • 09 Noy 11:58  
Digərləri Bakıda qülləyə çıxan 18 yaşlı gənc belə xilas edildi

Səhər saatlarında bir nəfər vətəndaş paytaxtın Binəqədi rayonu, Binə

arrow Ətraflı
Bu ölkədə turistləri daşıyan avtobus aşdı  xəsarət alanlar var like
  • 09 Noy 11:44  
Dünya Bu ölkədə turistləri daşıyan avtobus aşdı xəsarət alanlar var

Tailandda xarici turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsind

arrow Ətraflı
COVID19 peyvəndinin gözlənilməz təsiri aşkarlandı like
  • 09 Noy 11:23  
Digərləri COVID19 peyvəndinin gözlənilməz təsiri aşkarlandı

Atopik dermatit, yəni ekzema diaqnozu qoyulmuş uşaqlar COVID-19-a qarşı pey

arrow Ətraflı
Bakıda keçirilən Hərbi parad dünya mediasında geniş işıqlandırılıb  FOTO like
  • 09 Noy 11:09  
Siyasət Bakıda keçirilən Hərbi parad dünya mediasında geniş işıqlandırılıb FOTO

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü

arrow Ətraflı