III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi FOTO
Kriminal 04 Noy 2025 18:14:00 74 0
Nizami Kino Mərkəzində III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasimi keçirilib.
Devizi "Fikir çəkmə, telefona çək" olan festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Mükafatlandırma Mərasimində çıxış edən layihənin təsisçisi və rəhbəri, kinoaktyor Ruslan Sabirli festivala 33 ölkədən 100-ə yaxın filmin qəbul edildiiyni, bunun keçən ilə nisbətdə təxminən 2 dəfə çox olduğunu söyləyib. Eləcə də festivalın cəmi 3 ildir keçirilməsinə baxmayaraq Google Axtarış sistemində CINEMO Film Festival axtarış nəticəsinin 5 milyonu keçdiyini vurğulamışdır.Bütün bunlar isə festivalın sürətlə inkişafından xəbər verdiyinin göstəricisi olduğunu vurğulayıb.
Daha sonra səhnədə Beynəlxalq və yerli münsiflər heyətinin üzvləri təqdim olunub:
Beynəlxalq Münsiflər Heyətinin tərkibi: Yusuf Shaikh (sədr, prodüser/Hindistan), Hatice Öksüz (vizual dizayner/Türkiyə), Ashraf Shishir (rejissor, ssenarist/Banqladeş). Yerli Münsiflər Heyətinin tərkibi: Məzahir Həşimov (sədr, kinorejissor), Elvin Paşa (ssenarist, şair, 'stand-up"çı), Amil Amal (kinorejissor).Beynəlxalq müsabiqədə qalib seçilən "Ən yaxşı vloq" nominasiyası üzrə "Tasha tries Egypt!" (ABŞ, rej. Natasha Bodmer), "Ən yaxşı musiqi klipi" nominasiyası üzrə "Sluqwoman" (Yaponiya, rej. Kaho Sugisaki), "Ən yaxşı sənədli film" nominasiyası üzrə "The Happiness Experiment" (ABŞ, rej. Jaccii Farris), "Ən yaxşı qısametrajlı bədii film" nominasiyası üzrə "The last passenger" (Hindistan, rej. Subhankar Ghatak), "Ən yaxşı tammetrajlı bədii film" nominasiyası üzrə "Delta County" (ABŞ, rej. Gloria Iseli) və münsiflər heyətinin xüsusi mükafatı "Special Mention jury" nominasiyası üzrə "Salted Caramel" (Polşa, rej. Michał Węgrzyn) filmləri səhnədə elan olunaraq mükafatlandırılıblar.
Yerli müsabiqədə qalib seçilən "Ən yaxşı mobil foto" nominasiyası üzrə "Təhlükəsiz baryer" (Zülfiyyə İslamova), "Ən yaxşı musiqi çarxı" nominasiyası üzrə "Baş üstə" (rej. Səbuhi Abbasov), "Ən yaxşı sosial çarx" nominasiyası üzrə "Ağacın hekayəsi" (rej. Kövsər Qurban və Rəna Həsənli), "Ən yaxşı sənədli film" nominasiyası üzrə "Dördüncü divar" (rej. Siyarə Paşazadə), "Ən yaxşı bədii film" nominasiyası üzrə "Yer Kürəsinin sakinləri" (rej. Fərid Kərim) filmləri səhnədə elan olunaraq mükafatlandırılıblar.
Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq, buğda
İranda "Eyvanki" neft emalı zavodunda yanğın baş verib. Hadisə n
Elm adamları yaşlanmanın qarşısını almaq üçün yeni dərman qarışığ
Balakən rayonunda 17 yaşlı qızın naməlum şəxslər tərəfindən oğurlan
Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın rəhbərlik etdiyi nümay
ABŞ-nin keçmiş vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib.
Xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata ke
Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Ç
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin
Bir ekosisteminin e-ticarət platforması olan Birmarket, ölkədə biznes mühi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyev
Bir çox tanınmış musiqiçi, aktyor və idmançı ağır xəstəliklərlə ü
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Zəfər Günü m
