Prezident: Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək
Siyasət 03 Noy 2025 14:09:00 82 0
Mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır.
Bu xəbəri də oxu: Prezident: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik
Son.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı deyib.
Azərbaycan alimlərini bu işlərə dəvət edən Prezident bildirib:
"Geoloji kəşfiyyat işləri xüsusilə Qarabağda və Şərqi Zəngəzurda çox böyük əhəmiyyət kəsb edir. Çünki bu ərazi sovet vaxtında lazımınca tədqiq edilməmişdir və tədqiq edilsə idi belə, yenə də ovaxtkı texnologiyalarla onları tam öyrənmək mümkün deyildi. Yəni, bu gün müasir texnologiyalarla peykdən tədqiqat, zondlama aparılır. Təbii resurslar, o cümlədən qeyri-ənənəvi neft yataqlarının aşkarlanması bir çox hallarda fiziki, yəni, əraziyə girmədən müəyyən edilir. Ona görə mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına da göstəriş verirəm. Hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək. Bizim çox zəngin təbii resurslarımız var - qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır".
Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar.
Cənubi Koreyanın paytaxtı Seulda texnologiya və avtomobil sənayesinin üç
Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya
Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili mə
ABŞ-nin prezidenti Donald Tramp nüvə silahlarının sayına dair qalmaqallı
Yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya
Bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurum
Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırd
Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd
Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox art
Əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan alimləri bunda
"Rifah Qrup" MMC-nin 1 milyonluq yeyintidə ittiham olunan baş mühas
Azərbaycanda əsgərlərin maaşlarının ödəniş mexanizmi yenilənir. Əsg�
