Mütəşəkkil dəstə ifşa edildi: 81,5 milyonluq dələduzluq, 300ə yaxın vətəndaş aldadılıb


Digərləri 27 Okt 2025 11:54:00 66 0

Mütəşəkkil dəstə ifşa edildi: 81,5 milyonluq dələduzluq, 300ə yaxın vətəndaş aldadılıb

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlavə dəyər vergisini talayan mütəşəkkil dəstə ifşa edilib.

Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılan istintaqla ölkə ərazisində həssas əhali qrupuna aid, eləcə də məhdud hüquqi bilikləri olan şəxslərin müxtəlif vasitələrlə aldadılaraq onların adlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan hüquqi və fiziki şəxslərin təsis etdirilməsi, həmin qurumlar vasitəsilə əmtəəsiz maliyyə əməliyyatlarının aparılması və digər qanunazidd hərəkətlərin törədilməsi faktları üzrə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə çoxsaylı şəxslərdən ibarət olan, daxilində "vəzifə bölgüsü" aparılmış və vahid mərkəzdən idarə olunan mütəşəkkil dəstə tərəfindən qeyd olunan kateqoriyadan olan 300-dən çox şəxsin aldadılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan onların adına ən azı 777 hüquqi şəxs və ən azı 103 fiziki şəxs qeydiyyatdan keçirilməklə, vəzifə saxtakarlığı etməklə çoxhəcmli əmtəəsiz maliyyə əməliyyatları aparılıb yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlətin maliyyə nəzarəti mexanizmlərini zəiflətməklə, yalançı şirkətlər vasitəsilə qeyri-qanuni gəlirləri leqallaşdırmaqla, statistik göstəriciləri saxtalaşdırmaqla ölkə iqtisadiyyatına ümumilikdə 81,5 milyon manatdan çox zərər vurulmasına, eləcə də əldə etdikləri həmin pul vəsaitlərini onların əldə edilməsinin həqiqi mənbəyinin, kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirtməklə leqallaşdırılmasına, habelə dövlət büdcəsinə məxsus 8 milyon manatdan çox əlavə dəyər vergisi məbləğlərinin dələduzluqla talanmasına əsaslı şübhələr müəyyən edilib.

Həmin cinayətləri törətmiş mütəşəkkil dəstənin rəhbər üzvləri də daxil olmaqla, ümumilikdə 30 şəxs Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 193.3.1 (xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq) , 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, həmin təqsirləndirilən şəxslərdən 10-nun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.

Bundan başqa, istintaqdan qaçıb gizlənən təqsirləndirilən şəxslərdən bəzilərinin barəsində axtarışlar elan edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Vətəndaşlara bir daha bu kimi qanunsuz fəaliyyətlərdə iştirak etməmək, hər hansı maddi təklif və ya vəd qarşılığında adlarına hüquqi və ya fiziki şəxslərin təsis edilməsinə, etibarnamə verilməsinə razılıq verməmək tövsiyə olunur.

Öz adlarına qeydiyyatdan keçirilən şirkətlərin və ya fərdi sahibkarlıq subyektlərinin fəaliyyəti üzrə vergi öhdəliklərinin, borcların və hüquqi məsuliyyətin məhz onların üzərində qalacağı unudulmamalıdır.

Bu cür hallara yol verilməsi nəticəsində vətəndaşların ölkədən çıxışına məhdudiyyət qoyulması, vergi və məhkəmə məsuliyyətinə cəlb olunması, eləcə də cinayət işlərində iştirakçı və ya təqsirləndirilən şəxs qismində tanınması mümkündür.

Hər bir vətəndaşdan öz şəxsiyyət məlumatlarını, "ASAN imza" mobil nömrələrini və möhürlərini digər şəxslərə təqdim etməmələri və bu barədə şübhəli hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.


Xəbərə aid foto

Türk bloqerin milli yeməyimizə reaksiyası gündəm oldu  VİDEO like
  • 27 Okt 11:52  
Digərləri Türk bloqerin milli yeməyimizə reaksiyası gündəm oldu VİDEO

Türkiyə vətəndaşının dovğaya reaksiyası diqqət çəkib.

arrow Ətraflı
Saleh Səmədovun rəis oğlu da işdən çıxarıldı like
  • 27 Okt 11:48  
Digərləri Saleh Səmədovun rəis oğlu da işdən çıxarıldı

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun həbsind

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 27 Okt 11:35  
Digərləri Türkiyədə zəlzələ oldu

Çanaqqalada 4 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Daha bir itkin düşən şəhidimizin nəşi tapıldı  FOTO like
  • 27 Okt 11:19  
Digərləri Daha bir itkin düşən şəhidimizin nəşi tapıldı FOTO

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Mübariz Ağahüsey

arrow Ətraflı
Azər Maqsudova hökm oxundu like
  • 27 Okt 11:05  
Digərləri Azər Maqsudova hökm oxundu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsi

arrow Ətraflı
Əməkdar artist plastik əməliyyat etdirdi  FOTO like
  • 27 Okt 11:00  
Şou-biznes Əməkdar artist plastik əməliyyat etdirdi FOTO

Əməkdar artist Ruhəngiz Allahverdiyeva plastik əməliyyat etdirib. 

arrow Ətraflı
Onlarla taksi sürücüsü avtovağzalda gecələyir  VİDEO like
  • 27 Okt 10:42  
Digərləri Onlarla taksi sürücüsü avtovağzalda gecələyir VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni qərarı taksi sürü

arrow Ətraflı
Partlayış səsləri gəlsə, qorxmayın!  Nazirlik xəbərdarlıq etdi like
  • 27 Okt 10:36  
Digərləri Partlayış səsləri gəlsə, qorxmayın! Nazirlik xəbərdarlıq etdi

Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarının məhv edilə

arrow Ətraflı
Dərmandan zəhərlənən qadın öldü like
  • 27 Okt 10:35  
Digərləri Dərmandan zəhərlənən qadın öldü

Tovuz rayonunda dərmandan zəhərlənən qadın ölüb.

arrow Ətraflı
"1 il 8 aydırki ErmənistanAzərbaycan sərhədində əsgər həlak olmayıb" like
  • 27 Okt 10:31  
Siyasət "1 il 8 aydırki ErmənistanAzərbaycan sərhədində əsgər həlak olmayıb"

"Artıq 1 il 8 aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma n�

arrow Ətraflı
Paşinyan Azərbaycana bu marşrutu təklif etdi like
  • 27 Okt 10:29  
Siyasət Paşinyan Azərbaycana bu marşrutu təklif etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşı

arrow Ətraflı
Azərbaycanda 1 yaşlı uşaq faciəvi şəkildə öldü like
  • 27 Okt 10:25  
Digərləri Azərbaycanda 1 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəlilabadda 1 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb

arrow Ətraflı