Azərbaycanda bu şəxslərə "Əmək veteranı" adı və vəsiqəsi verilir
Digərləri 26 Sen 2025 19:10:00 185 0
Azərbaycanda vətəndaşlara "Əmək veteranı" adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiqlənmiş əsasnaməyə uyğun olaraq təqdim olunur.
Bu xəbəri də oxu: Yango Azerbaijan və PAŞA Sığorta sərnişinlər və sürücülər üçün sığorta proqramına start verir
Son.az-ın məlumatına görə, bu ad yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olmuş şəxslərə verilir.
Kişilər üçün 40 ildən artıq, qadınlar üçün isə 30 ildən artıq əmək stajı olanlar da "Əmək veteranı" adını almaq hüququna malikdirlər.
Həmçinin, SSRİ və müttəfiq respublikaların fəxri adlarını qazanmış, Ali Sovetlərin fəxri fərmanları ilə təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" və digər orden-medallara layiq görülmüş şəxslər də bu ada sahib ola bilərlər. Böyük Vətən müharibəsi dövründə arxa cəbhədə fədakar əməyinə görə təltif edilənlər, eləcə də Azərbaycan Respublikasının fəxri adlarını almış və əmək sahəsində dövlət mükafatlarına layiq görülən şəxslər də siyahıya daxildir.
Müraciət prosesi ərizə və təsdiqedici sənədlərin təqdim olunması ilə başlayır. Şəxslər işlədikləri müəssisəyə, işləmədikdə isə sonuncu iş yerlərinə müraciət etməlidirlər. Sənədlər aidiyyəti üzrə komissiyalarda araşdırılır və verilən rəyə əsasən qərar qəbul olunur.
Əgər müraciətçinin iş yeri ləğv olunubsa və ya qeyri-dövlət müəssisəsi olubsa, "Əmək veteranı" adı və vəsiqə birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
Qeyd edək ki, tələb olunan sənədlərin bir qismi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunduğu halda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Əks halda, sənədlər ya sorğu əsasında müvafiq dövlət qurumundan alınır, ya da müraciətçinin özü tərəfindən təqdim edilir. (baku.ws) Son.az
SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzad�
 Ətraflı
 Ətraflı
                                                Bakının Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim
 Ətraflı
 Ətraflı
                                                Sentyabrın 28-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamand
 Ətraflı
 Ətraflı
                                                M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin Bursa şəhərində "Şehreküstü" metrostansiyasında m
 Ətraflı
 Ətraflı
                                                İran və Rusiya Hörmüzqan vilayətində 4 yeni atom enerji bloku tikintisi ü
 Ətraflı
 Ətraflı
                                                Müğənni Xatirə İslam açıqlamaları ilə diqqət çəkib.
 Ətraflı
 Ətraflı
                                                Sentyabrın 26-da Tərtər rayonunun Hüsənli kəndində Heydər Əliyev Fondun
 Ətraflı
 Ətraflı
                                                ABŞ Prezidenti Donald Tramp "TikTok"un Birləşmiş Ştatlar biznesin
 Ətraflı
 Ətraflı
                                                Rusiya 2030-cu ilə qədər dünyada ilk qapalı yanacaq dövrü nüvə enerjisi
 Ətraflı
 Ətraflı
                                                Saatlı rayonunda yeni inşa olunan İkram Ağayev adına Nabatkənd tam orta m�
 Ətraflı
 Ətraflı
                                                Neftçala rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                         
                                         
                                         
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            