"Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir" ŞİKAYƏT
Şou-biznes 24 Sen 2025 15:01:00 180 0
Ev təmiri işi ilə məşğul olan 2 usta aparıcı Zaur Nəbioğlundan şikayətçidirlər.
Bu xəbəri də oxu: Məşhur xanəndə duet ortağı ilə SEVGİLİDİR? özləri aydınlıq gətirdi
Son.az-a müraciət edən ev təmiri ilə məşğul olan ustalar Mircəlal Bağırov və Nəsir Əhmədov bildiriblər ki, tanınmış aparıcı Zaur Nəbioğlu onların pulunu vermir.
"Biz 3 ay Zaur Nəbioğlunun mənzilində təmir işləri aparmışıq. Bizi Zaurla Elvin adlı şəxs tanış edib. Əvvəlcə mənzildə yalnız tavan işini görməli idik. Birinci danışığımız da Elvin adlı şəxslə oldu. Onunla 3 otağın tavanını təmir etmək üçün 800 manata razılaşdıq. Daha sonra o bizə 400 manat versə də, qalan pulumuzu vermədi. Bundan sonra isə biz Zaur Nəbioğlu ilə görüşdük. O bizə dedi ki, bundan sonra mənlə danışın. Divarların da təmir edilməsi ilə bağlı yenidən bu dəfə Zaurla razılaşdıq və 2500 manata razılaşdıq. Təmir müddəti ərzində Zaur bisə ümumilikdə 1500 manat ödəniş etdi. Təmir zamanı isə əvvəldən razılaşmadığımız eyvan işini də bizə gördürdü və onun üçün biz 300 manat da əlavə qiymətin üstünə gəldik, 400 manat da əvvəldən borc qalmışdı. Toplam da Zaur bizə 3200 pul verməli idi, o isə bu puldan cəmi 1700 verdi və 1500 manat qaldı. O evdə təmir zamanı bəzi xırda qüsurları bəhanə edərək pulu verməkdən itmina etdi, artıq 5 ay keçib. Hələ də biz pulumuzu ala bilmirik. Dəfələrlə ona bildirdik ki, halallıq olmalıdır, biz əziyyətimizin haqqını istəyirik, bizim ödənişimizi etmədi. Bu gün zəng edirik, zənglərimizi də açmır".
Mircəlal Bağırov və Nəsir Əhmədov qeyd ediblər ki, əgər Zaur Nəbioğlu pullarını verməsə, polisə müraciət etməyi düşünürlər.
Məsələ ilə bağlı saytımızın əməkdaşı aparıcının özü ilə əlaqə saxlayıb. Zaur Nəbioğlu sözügedən mövzu barədə danışmaq istəmədiyini bildirərək sullarımızı cavabsız qoyub.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişik
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi,
 Ətraflı
 Ətraflı
                                                Paytaxtın Xətai rayonu Cavanşir küçəsində tikinti ərazisində yaranan v�
 Ətraflı
 Ətraflı
                                                BMT Baş Assambleyasının iclasında Meloni-Şara görüşməsi sosial mediada
 Ətraflı
 Ətraflı
                                                Müğənni Xatun Əliyeva barəsində yayılan eşq iddialarına ilk dəfə cav
 Ətraflı
 Ətraflı
                                                Paytaxtın Nizami rayonu 8-ci kilometr bazarının yaxınlığındakı yoldan is
 Ətraflı
 Ətraflı
                                                Bakıda 21 yaşlı dərmandan zəhərlənərək ölüb.
 Ətraflı
 Ətraflı
                                                "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməli
 Ətraflı
 Ətraflı
                                                Son vaxtlar ev şəraitində sistem köçürmək tendensiyası geniş yayılıb.
 Ətraflı
 Ətraflı
                                                Lənkəranda şagird və xadiməyə fiziki şiddət göstərən məktəbin nüma
 Ətraflı
 Ətraflı
                                                Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp BMT Baş Assa
 Ətraflı
 Ətraflı
                                                İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda m�
 Ətraflı
 Ətraflı
                                                Ötən gün mina partlaması nəticəsində həyatını itirən gizir "Xan�
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            