Üzeyir Hacıbəylinin 140 illik yubileyi ADA Universitetinin Qazax Mərkəzində qeyd olunub
Digərləri 22 Sen 2025 19:06:00 178 0
20 sentyabr 2025-ci il tarixində Qazax Müəllimlər Seminariyasında və yeni fəaliyyətə başlamış İncəsənət Mərkəzində Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə tədbir keçirilib.
Bu xəbəri də oxu: Bu ərazilərdə qaz kəsiləcək saat 10:00da
Son.az xəbər verir ki, Üzeyir Hacıbəylinin zəngin irsinin qorunması, gənc nəslə tanıdılması və milli musiqi mədəniyyətinin regionlarda təbliği məqsədini daşıyan yubiley tədbiri ADA Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Gün ərzində sərgi, rəsmi və elmi çıxışlar, həmçinin konsert proqramı təqdim olunub.
ADA Universiteti tərəfindən bərpa edilən tarixi İsrafil ağa hamamı bundan sonra Qazax Müəllimlər Seminariyasının İncəsənət Mərkəzi kimi fəaliyyət göstərəcək. Buradakı ilk sərgi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunub.
Tədbirin rəsmi hissəsində ADA Universitetinin rektoru Hafiz Paşayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və universitetin prorektoru Vəfa Kazdal çıxış ediblər.
Rektor Hafiz Paşayev çıxışında gənc nəslin milli kimliyini, mənsubiyyətini və ölkə tarixini öyrənməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu dəyərlərin dərindən mənimsənilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Dəyərlərlə bərpa olunan məkan və təhsil" mövzusunda çıxış edən Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Qalib Məmməd isə təhsildə dəyərlərin önəmini qeyd edib və xalqımızın görkəmli maarifçilərinin irsinin yaşadılmasının əhəmiyyətindən danışıb.
Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağ
 Ətraflı
 Ətraflı
                                                "Spirtli içkilər və fastfud kişilərin reproduktiv sağlamlığına zə
 Ətraflı
 Ətraflı
                                                Bakıda qonaq getdiyi evdən oğurluq edən şəxsə hökm oxunub.
 Ətraflı
 Ətraflı
                                                Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsi qəbul edilib
 Ətraflı
 Ətraflı
                                                Əməkdar artist Mətanət İsgəndərli müğənni Nadir Qafarzadənin yeni ail
 Ətraflı
 Ətraflı
                                                Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
 Ətraflı
 Ətraflı
                                                Daxili İşlər Nazirliyinin onun "Perperişan" mahnısı ilə bağlı
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə topdansatış bazarında müəssisələrin birində güclü partlay
 Ətraflı
 Ətraflı
                                                Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vət�
 Ətraflı
 Ətraflı
                                                "Apple" 2026-cı ildə satışa çıxaracağı qatlana bilən "i
 Ətraflı
 Ətraflı
                                                Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüzi
 Ətraflı
 Ətraflı
                                                NASA-nın Çandra X-şüaları Rəsədxanası kosmosda yeni bir superkütləli q
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənil
 Ətraflı
 Ətraflı
                                                22 sentyabr 2025-ci il tarixində Ankara - Bakı müntəzəm reysini həyata ke�
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            