İstifadəçilərə ən çox "casusluq" edən "chatbot"lar hansılardır?
Digərləri 15 Mar 2025 18:50:00 413 0
Populyar neyron şəbəkələri istifadəçilərə fəal şəkildə "casusluq edir", lakin bütün AI chatbotları bunu eyni dərəcədə etmir. "Surfshark"ın araşdırmasına görə, ABŞ-ın süni intellekt modelləri, mövcud məxfilik problemlərinə baxmayaraq, Çinli həmkarlarından daha çox məlumat toplaya bilir.
Bu xəbəri də oxu: Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı
Lent.az xarici mediaya istinadla bildirir ki, tədqiqat 10 aparıcı chatbotları əhatə edib: "ChatGPT", "Gemini", "Copilot", "Perplexity", "DeepSeek", "Grok", "Jasper", "Po", "Claude" və "Pi". Analitiklər hər bir tətbiqin hansı məlumat növlərini topladığını, işlənib-işlənmədiyini və reklam məqsədləri üçün istifadə edilib-edilmədiyini araşdırıblar.
Məlumatların toplanması üzrə lider 35 mümkün kateqoriyadan 22 istifadəçi məlumatını toplayan "Google Gemini" olub. Bunlara geolokasiya, şəxsi məzmun, cihazın əlaqə siyahısı və baxış tarixçəsi daxildir.
Reytinqdə "Poe" ikinci, "Claude" isə üçüncü yeri tutub. Siyahının ortasında narahatlıqlara baxmayaraq, əlaqə məlumatları və istifadəçi məzmunu da daxil olmaqla, yalnız 11 növ məlumat toplayan Çinin "DeepSeek" neyron şəbəkəsi olub.
Dünyanın ən məşhur chatbotu "ChatGPT" identifikatorlar, istifadəçi məzmunu, diaqnostik məlumatlar və istifadə tarixçəsi daxil olmaqla 10 kateqoriya məlumat toplayır.
Toplanmış məlumatların həcminə görə chatbotların reytinqi:
• "Gemini" • "Poe" • "Claude" • "Copilot" • "DeepSeek" • "ChatGPT" • "Perplexity" • "Grok" • "Pi" • "Jasper"
Bu arada şirkətlər yeni, daha güclü dil modelləri hazırlamağa davam edir. OpenAI-nin baş direktoru Sem Altman təsdiqləyib ki, GPT-5 tezliklə təqdim olunacaq və bu, süni ümumi intellektin (AGI) yaradılması istiqamətində bir addım ola bilər. Bu insan səviyyəsində istənilən intellektual problemi həll etməyə qadir bir sistemdir.
Öz növbəsində, İlon Mask bu yaxınlarda "Grok 3"ü təqdim edib, onun sözlərinə görə, bu, "Yer üzündəki ən ağıllı süni intellektdir". İlkin məlumatlara görə, bu model riyaziyyat, elm və proqramlaşdırma üzrə əsas testlərdə "ChatGPT", "DeepSeek" və digər həlləri artıq üstələyir.
Bahar oyanış, yenilənmə və yeni başlanğıclar vaxtıdır. Qış yuxulamas
 Ətraflı
 Ətraflı
                                                Antibiotiklərin reseptsiz buraxılışı qadağandır
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda bir neçə dərman istehsalı müəssisəsi quraşdırılır.
 Ətraflı
 Ətraflı
                                                Yaponiyanın paytaxtı Tokionun mərkəzində yutuber Ayri Sato canlı yayım za
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin məşhur "Deha" serialının çəkiliş meydançasında b
 Ətraflı
 Ətraflı
                                                Tez-tez mobil telefonunuzu noutbukunuzun yanına qoyursunuz? Bunu bir daha etmə
 Ətraflı
 Ətraflı
                                                ABŞ prezidenti Donald Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Ada
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə ba�
 Ətraflı
 Ətraflı
                                                Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin �
 Ətraflı
 Ətraflı
                                                Pukyonq Milli Universitetinin alimləri su aerobikasının artıq çəkiyə və
 Ətraflı
 Ətraflı
                                                Dünən Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakir
 Ətraflı
 Ətraflı
                                                Müğənni Ayan Babakişiyeva "Elcanlı" verilişində qonaq olub.
 Ətraflı
 Ətraflı
                                                "Körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            