“Ezel”in “Ramiz dayı”sı SAXLANILDI
Şou-biznes 21 Avq 2025 18:00:00 267 0
İstanbulun Beyoğlu rayonunda "Ezel" serialında Ramiz dayının gəncliyini canlandıran aktyor Ufuk Bayraktar polis tərəfindən saxlanılıb.
Bu xəbəri də oxu: Devid Bekhem bu məşhur türk aktrisa ilə eyni reklamda
Son.az xəbər verir ki, iddialara görə, o, ötən həftə beş nəfərlə birlikdə bir restorana daxil olaraq, restoran sahibindən "Buraya çökəcəyik, sizi qoruyacağıq, hər həftə 25 min TL verəcəksiniz" sözləri ilə pul tələb edib.
Xəbərdə qeyd olunur ki, tələb qəbul olunmayanda Bayraktar ertəsi gün restorana yenidən gedərək istədiyi məbləği 10 min TL-yə endirib. İkinci gəlişi zamanı restoran işçiləri polisə məlumat veriblər. Əməliyyat nəticəsində Ufuk Bayraktar saxlanılıb və hazırda polis bölməsində istintaq prosedurları davam etdirilir.
Yayılan görüntülərdə Bayraktarın restoran sahibini "Səni vuracağam" deyə hədələdiyi də əks olunub.
Ufuk Bayraktar kimdir?
Ufuk Bayraktar 12 sentyabr 1981-ci ildə İstanbulda doğulub. Cihangirdə ailəsinə məxsus "Firuzağa" qəhvəxanasında işləyərkən rejissor Zeki Demirkubuz tərəfindən kəşf olunub. Kino karyerasına "Bekleme Odası" və "Kader" filmləri ilə başlayıb. Daha sonra "İklimler", "Yumurta", "Ali'nin Sekiz Günü" və "Ezel" serialında Ramiz dayının gəncliyini canlandırmaqla tanınıb. Həmçinin "Dağ", "Dağ II" və "Vatanım Sensin" layihələrində də iştirak edib.
Keçmiş cinayət hadisələri
Bayraktar 2007-ci ildə baş vermiş hadisəyə görə 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə isə bir qadına şüşə ataraq xəsarət yetirmək və bir gəncə hücum etmək səbəbindən yenidən saxlanılmışdı.
Musa Son.az
Əməkdar artist Elza Seyidcahan qeydə alınan görüntüsü müzakirələr yar
 Ətraflı
 Ətraflı
                                                Ali məktəblərə ixtisas seçimi başa çatıb. Ayrılmış plan yerləri ilə
 Ətraflı
 Ətraflı
                                                Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətl
 Ətraflı
 Ətraflı
                                                Bu il bütün ixtisas qrupları üzrə ixtisas seçimi avqustun 11-dən 19-u saa
 Ətraflı
 Ətraflı
                                                "Dönər bu gündən sabaha qaldısa, onu hansı şəraitdə saxlayırsan-s
 Ətraflı
 Ətraflı
                                                Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik
 Ətraflı
 Ətraflı
                                                Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bild
 Ətraflı
 Ətraflı
                                                Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi cinayət məsuliy
 Ətraflı
 Ətraflı
                                                Son bir həftədə ölkədə xiyarın qiyməti kəskin bahalaşıb.
 Ətraflı
 Ətraflı
                                                Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbir
 Ətraflı
 Ətraflı
                                                Xalq artisti Mənsum İbrahimov və həyat yoldaşı ilə evlilik ildönümünü
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəh�
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            