Həyat yoldaşımın başını kəsdilər Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlı
Siyasət 21 Avq 2025 15:24:00 206 0
Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Rəhilə Hacıyeva ifadə verərək, 1992-ci ilin fevral ayında Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.
Bu xəbəri də oxu: 8 nəfər azərbaycanlı əsirgirovun eyni vaxtda qətlə yetirilməsi ilə bağlı sənəd tədqiq edilib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rəhilə Hacıyeva əvvəllər Xankəndidə yaşadıqlarını bildirib. Qeyd edib ki, 1988-ci ildə Xankəndidə azərbaycanlılara qarşı təzyiqlər başlayanda məcbur olub Şuşaya, oradan da Xocalıya köçüblər. Xocalı faciəsi zamanı isə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülüblər.
Zərərçəkmiş şəxs həyat yoldaşının döyüşlərdə iştirak etdiyini, ermənilərin onun qətli üçün pul mükafatı ayırdığını bildirib: "Həyat yoldaşımın başını kəsdilər. On yaşlı qızımı ikinci mərtəbədən atdılar, ayağı sındı. Bizə girovluqda çoxlu əzab-əziyyət verdilər".
Rəhilə Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən Xankəndi sakini Cəlil kişinin hamilə gəlininin qarnının bıçaqla yarılaraq körpəsinin çıxarıldığını da söyləyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Azərbaycanla Pakistanın tərəfdaşlığı artıq sadəcə diplomatik jestlər
 Ətraflı
 Ətraflı
                                                Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və biri
 Ətraflı
 Ətraflı
                                                "Mən yox, bu utancı onlar yaşamalıdır”
 Ətraflı
 Ətraflı
                                                Müğənni Rəqsanə İsmayılovanın qəfil həbsi gündəmin əsas mövzular
 Ətraflı
 Ətraflı
                                                Rusiya və işğal altındakı Ukrayna ərazilərində yanacaq çatışmazlığ�
 Ətraflı
 Ətraflı
                                                Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Agentliyin "1003-Ça
 Ətraflı
 Ətraflı
                                                Rusiya Ukraynaya hava hücumu həyata keçirib, zərbələrdən biri ABŞ-yə m�
 Ətraflı
 Ətraflı
                                                "Etalon" hospitalda liposaksiya (bədənşəkilləndirmə) əməliyyat
 Ətraflı
 Ətraflı
                                                Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır.
 Ətraflı
 Ətraflı
                                                Laçın şəhərində kanat yolu yəqin ki, gələn il hazır olacaq.
 Ətraflı
 Ətraflı
                                                Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
 Ətraflı
 Ətraflı
                                                Son günlər sürücülər yanacaq sərfiyyatının artmasından şikayətlənir
 Ətraflı
 Ətraflı
                                                Paytaxtın girişində yerləşən Saray körpüsünün yaxınlığında genişm
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            