"Bakıdakı müzakirələr dünyanın üzləşdiyi əsas problemlərin həllinə töhfə verə bilər"
Siyasət 14 Mar 2025 22:02:00 379 0
Anqola Respublikasının Azərbaycanla əvvəldən çox gözəl əlaqələri var.
Bu xəbəri də oxu: Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir
Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında Anqolanın sabiq xarici işlər naziri Manuel Dominqes Auqusto deyib.
O, Anqolanın neft və qaz istehsalçısı olduğunu qeyd edərək, onların xüsusən də bu sahədə Azərbaycanla əməkdaşlığının çox yaxşı olduğunu bildirib.
Bundan başqa, sabiq nazir Qlobal Bakı Forumundan gözləntilərini də bölüşüb:
"Bu xüsusda mən ilk dəfə Qlobal Bakı Forumunda iştirak etməyimdən çox şadam. Bakı heyrətamiz bir foruma ev sahibliyi edir. Azərbaycanlılar Azərbaycan hökumətinin, zati-aliləri, Prezident Əliyevin bu təşəbbüsü ilə fəxr etməlidirlər.
Hesab edirəm ki, bu, beynəlxalq münasibətlər üçün mühüm forumdur. Xüsusən ona görə ki, iştirakçılar müxtəlif ölkələrdən və regionlardan hökumətdə və beynəlxalq təşkilatlarda olmuş çox mühüm insanlardır".
"Hesab edirəm ki, buradakı müzakirələr dünyanın üzləşdiyi əsas problemlərin həllinə töhfə verə bilər. Xüsusən də Avropada, Ukraynadakı müharibə, həmçinin Yaxın Şərqdə Qəzzadakı vəziyyəti qeyd etməliyəm.
Biz bir daha Azərbaycan hökumətini təbrik etməliyik ki, dünyanın müxtəlif bölgələrindən olan fərqli insanların Bakıda görüşməsinə və bəşəriyyət üçün olduqca əhəmiyyətli problemlərin müzakirə edilməsinə şərait yaradıb", - sabiq nazir vurğulayıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq. Son.az
Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çi
 Ətraflı
 Ətraflı
                                                76 yaşlı dublyaj aktyoru, rejissor və senari müəllifi Dave Mallow vəfat ed
 Ətraflı
 Ətraflı
                                                Astroloqlar güclü və uzunmüddətli əlaqələr qurmaqda ən çox çətinlik
 Ətraflı
 Ətraflı
                                                Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
 Ətraflı
 Ətraflı
                                                Bəzən bir insanın qəzəbdən özünü güclə saxladığını başa düşmə
 Ətraflı
 Ətraflı
                                                Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilə
 Ətraflı
 Ətraflı
                                                Mark Karni Ottavada keçirilən mərasimdə Kanadanın yeni Baş naziri kimi an
 Ətraflı
 Ətraflı
                                                "Mukbanq" axınları ilə şöhrət qazanan türkiyəli TikToker Efeka
 Ətraflı
 Ətraflı
                                                Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
 Ətraflı
 Ətraflı
                                                Aparıcı Elgiz Əkbər müğənni Türkan Vəlizadənin "Məni görəndə
 Ətraflı
 Ətraflı
                                                Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada qızılcaya yoluxma halların
 Ətraflı
 Ətraflı
                                                Rusiya ilə ABŞ münasibətlərini getdikcə yaxşılaşdırdığına görə, V
 Ətraflı
 Ətraflı
                                                Bərdə rayonu, Güloğlular kəndində bazarda sanitar-gigiyenik tələblərin
 Ətraflı
 Ətraflı
                                                Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva paylaş
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            